3 ərəb tərəfindən gürcü qızına təcavüz olunması ilə bağlı saxta xəbər necə yayıldı

cov az
1.7k
VIEWS

İyulun 4-də sosial  şəbəkə Facebook-da və onlain medyada guya 3 nəfər ərəbin gecə gec saatlarında gürcü qızına təcavüz etməsi ilə bağlı məlumat yayıldı. Facebook-da məlumatın ilk mənbəyi öz növbəsində Mystar.ge portalın əsaslanan Gürcü marşının səhifəsi oldu. Mystar.ge-nin materiyalına əsasən hadisəyə ukraynalı və 5 polşalı turist şahid olub, onlar qızın yanına gediblər, bu vaxt təcavüzkar ərəblər qaçıblar, qız isə faktın səs-küyə səbəb olmasını istəmədiyi üçün və cinayətkarın cəzalandırılacağına inanmadığı üçün polisə müraciət etmək istəməyib. Paylaşıma cəmiyyəti etiraza səsləyən müraciət əlavə olunmuşdur.
"

Sosial şəbəkədən əlavə hadisə onlain medyada da yayıldı. Beləki, “Alia” qəzetinin və “Rezonans”ın veb-səhifələri və 10-a qədər tabloid portalda bu hadisə işıqladırılıb.  Hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük səs-küyə səbəb olub və bu özünü çox saylı şərh və paylaşımlarda büruzə verir. Bununla yanaşı, şərhlərin əkəriyyəti ksenofobiya məzmunlu olub. Nifrət motivli zorakılığa təşviq çağırışları eşidilirdi.

"

DİN-in bəyanatına əsasən, bənzər halla bağlı polisə məlumat daxil olmayıb. Yayılan yalan məlumata əlavə olumuş və real insidentin ilustrasiyası alqısını yaradan foto, foto-şəkillərin axtarış sisteminə görə, ən gec 2017-ci ilin aprel ayında ortaya çıxıb. Onu türk dilli portal Mynet.com Kayseri şəhərində qadına təcavüz edən polis məmurunun həbsinin ilustrasiyası olaraq istifadə edib

Daxili İşlər Nazirliyinin bəyanatı

İyulun 4-də Daxili İşlər Nazirliyi bu mövzu ilə əlaqədar – oxşar hadisə haqqında polisə məlumatın daxil olmaması ilə bağlı xüsusi bəyanat  yaydı, Bununla yanaşı qeyd olunan haqqında məlumat əldə etdikləri halda polisə müraciət etmləri ilə bağlı ictimayyətə müraciət etdi.

"

Manipulativ vizual və hadisənin təsviri

Mystar.ge və gürcü marşının facebook səhifəsi tərəfindən yayılan məlumata əsasən, sirk yaxınlığında üç ərəb tərəfindən rustavili qıza təcavüz olunması haqqında məlumatın mənbəyi “vətəndaş”dır, lakin onun kimliyi müəyyən olunmayıb. Hadisəyə ukraynalı və 5 polşalı turist şahid olub, onlar qızın yanına qaçıblar və nəticədə ərəblər hadisə yerindən uzaqlaşıblar. Qız ətrafdakıların uzun sürən təkidinə baxmayaraq polislə əlaqə saxlamayıb, O hesab edib ki, polis hadisəni lazımi səviyyədə araşdırmayacaq. Cinsi zorakılığın qurbanından başqa, materiyalda heç şahidlərin də kimliyi müəyyənləşdirilməyib və baş verən hadisəyə inanılması üçün hər hansı mənbə və ya sübut gətirilməyib.

Məlumata əlavə olunan dəyərlədirməyə əsasən, Gürcüstanda gürcüdən başqa heç kim əzilməyib, xaricilərin onlardan çox hüquqları var, dövlət isə öz zirvəsində dayanmır. Hadisənin sonunda aksiya və etiraz, eyni zamanda məlumatın yayılması ilə bağlı çağırış səslənib.

Bundan əlavə, qıza təcavüz olunması ilə bağlı məlumata mystar.ge və digər veb-səhifələr baş verlənlərlə heç bir əlaqəsi olmayan və real cinayəti əks etdirdiyi ilə bağlı təsəvvür yaradan foto əlavə ediblər. Qeyd olunan foto internetdə təxminən 2017-ci ildən yayılır və onu əsasən tabloid mediya vasitələri, müxtəlif bloqlar və portallar zorakılığı əks etdirən kontentin ilustrasiyası kimi istifadə edirlər.

"

Uydurulmuş hadisənin yayılma sxemi

Facebook-da yalan məqalə ilk dəfə “Gürcü marşı” nın səhifəsində yayımlandı, materiyalın mənbəyi kimi isə “Gürcü marşı” mystar.ge veb-səhifəsini qeyd edirdi. Bundan sonra müxtəlif səhifələr və quruplar bir neçə dəqiqəlik fasilə ilə spamlar yayırdılar. Qeyd olunan məqaləni açıq və ya qapalı quruplara yerləşdirən profillər əsasən şübhəli mənşəyə malik, anonim profillər idi. Misal üçün, “Pozitiv” adlı qurupda materiyalı qurup admnistrasiyasının nümayəndəsi, istifadəçi Gio Mujirishvili yayıb, onun şəxsi  profilində brazilyalı model Francisco Lachowski-nin fotosu yerləşdirilib və  orada mövcud məlumata əsasən onun kimliyini müəyyən etmək mümkün deyil.

Hadisəni yoxlamadan Alia, Rezonans, Geodaigest.ge, Notification.ge, geonewest.com, saintereso.tk, Geoambebi.ge mediya vasitələri və portallar yayımladı. Alia ilkin mənbə olaraq mystar.ge-ni, Rezonans isə məqaləni “Gürcü arzusu”nun facebook səhifəsindən paylaşmış “İnsanlar” facebook səhifəsini qeyd elədi. Naməlum mənşəli veb-səhifələrdən və facebook səhifələrindən əlavə, məlumat rus sosial şəbəkəsi “Odnoklasnik”də də yayımlanıb. Beləki 138 000-dən artıq üzvü birləşdirən “Yaşamağa şadıq” qurupunda qeyd olunan yanlış məlumat yayılıb.

"


Hazırladı Nika Qurin
Miflər detektoru laboratoriyası

თემატიკა: Hüquq/Kriminal
დარღვევის ტიპი: Dezinformasiya
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist