Siyasət

“Asaval - dasaval” Belarusyanı tərifləyir və iddia edir ki, Avropa Minskini insan haqqlarını pozmaqda daha az günahlandırır

16 Oktyabr, 2018

“Asaval-dasaval” qəzetinin 1-7 oktyabr nömrəsində jurnalist Zaza Davitaia yazır ki, Belarusiya nümunə götürüləsi ölkədir, çünki  Rusiya ilə dostluq əlaqələrini qoruyub saxlamağa, eyni zamanda Avropa ilə münasibətlər qurmağa nail olub. “Asaval-dasaval” eyni zamanda iddia edir ki, Belarusiyanı insan haqqlarını pozmaqda Avropa daha nadir hallarda günahlandırırlar, nəyinki Gürcüstanı.

Zaza Davitaia, Asaval-dasaval: “Bu ölkə Rusiya ilə dostluq münasibətlərini qoruyub saxlamağı və eyni zamanda Avropa ilə tərəfdaşlıq münasibətləri qurmağı bacardı. Ürəy ağrısı ilə Gürcüstanda yaranmış vəziyyət yadıma düşdü, liberastlar əhaliyə təcavüz edirlər, vsropanın reaksiya dairələri isə əksinə - gürcü xalqını günahlandırırlar. Belarusiyadan təəsüratlarla və melankolik əhval-ruhiyyə ilə qayıtdım. Səmimi olaraq onlara paxıllıq etdim, çünki bu hakimiyyətin səmimi olaraq əhalinin qeydinə qaldığı bir ölkədir, liberastların atılıb-düşmələri, qeyr-hökumət təşkilatlarının mənasız bəyanatları insanları narahat etmir… Avropa Belarusiyanı insan haqqlarını pozmaqda olduqca az günahlandırırlar, nəinki Gürcüstanı. Kimlərsə burada mövcud olan vəziyyəti diktatura adlandırırlar, lakin mən hakimiyyətin əhalini sıxışdırdığını heç bir yerdə görmədim.”

Ölkəni 1994-cü ildən idarə edən Belarusiya prezidenti Aleksandre Lukaşenkonu tez-tez Avropanın son diktatoru, Belarusiyanı isə „ tiraniya ti Aleksandre Lukaşenkonu tez-tez Avropanın son diktatoru, Belarusiyanı isə “tiraniya forpostu” adlandırırlar. Avropa Birliyi, ATƏT, Avropa Şurası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar Belarusiyada insan haqqlarının vəziyyəti ilə bağlı hər il tənqidi hesabatlar və bəyanatlar yayıral. Avropa Birliyi və ABŞ Belarusiyaya insan haqqlarını pozduğuna görə, sanksiyalar tədbiq etdilər. Müvafiq olaraq “Asaval-dasaval”ın guya Avropanın Belarusiyanı insan haqqlarının pozulmaqda Gürcüstandan daha az günahlandırası haqqında məlumatı həqiqətə uyğun deyil.

Fakt N1: İnsan haqqlarının pozulmasına görə, Avropa birliyi və ABŞ tərəfindən Belarusiyaya sanksiyalar tədbiq olunub.

Siyasi represiyaların, insan haqqlarının və seçkilərin saxtalaşdırılmasına görə, Belarusiya hakimiyyətinin onlarla üzvünə Avrpa Birliyi və ABŞ ərəfindən sanskiyalar tədbiq olunub.

2004 cü ildən ölkədə baş verən siyasi represiyalara görə, Avropa Biliyi Belarusiyaya sanksiyalar tətbiq etdi. 2006-cı ilin mart ayında seçki standartları və insan haqqlarının pozulmasına görə, eyni zamanda, vətəndaş cəmiyyəti və müxalifətə qarşı aparılan represiyalara görə, Avropa Birliyinin  sanksiyaları hakimiyyətin digər üzvləri ilə yanaşı prezident Lukaşenkoya da şamil olundu. Sanksiyalar viza verilməsi və maliyyə hesablarının dondurulması kimi məhdudiyyətlər nəzərdə tuturdu. Prezident seçkiləri zamanı ölkədə qeyd olunan pozuntulara görə, 2010-cu ildə Avropa Birliyinin sanksiyalarının siyahısı bir az daha artdı.

Avropa Parlamenti 2018-ci ilin hesabatındaölkədə insan haqqlarının vəziyyətini yenə də kritik olaraq qiymətləndirir. Qeyd etmək lazımdır ki, 2016-cı ildə demokratiya və insan haqqları istiqamətində Belarusiya ilə dialoqa stimul vermək üçün Avropa Briliyi sanksiyaları yüngülləşdirdi, lakin hakimiyyətin bəzi üzvləri üçün müəyyən olunmuş viza məhdudiyyətləri və silah embarqosu bu günə qədər də qüvvədədir. 2014-2017-ci illərdə ABŞ Belarusiyaya 17 dəfə sanksiyatədbiq edib, bunlardan 5 bir başa insan haqqlarına və demokratiya prinsiplərinin pozulmasına aid olub. Belarusiyaya qarşı sanksiyalar  bu günə qədər də qüvvədədir.

Fakt N2: Avropa Birliyinin qiymətləndirməsinə görə  Şərq Tərəfdaşlığı Ölkələri arasında insan haqqları və demokratiya istiqamətində Belarusiya ən pis göstəricilərə sahibdir, bu da Avropaya inteqrasiya perspektivinə bir-başa təsir edir."

Mənbə. Eastern Partnership Index

Fakt N3: İnsan haqqlarının pozulmasına görə, Belarusiyanı Avropa Şurasına qəbul etməyiblər

Belarusiya Avropa qitəsində Avropa Şurasına üzv olmayan yeganə ölkədir. Avropa Şurası Asambleyasının qərarına əsasən 1997-ci ildə Belarusiyanın xüsusi statusunu dayandırıldı, bu da təşkilata üzv olmağın alətlərindən biridir. Avropa Şurasının qərarının səbəbi 1996-cı ildə ölkədə keçirilən qeyri-legitim referendum olub. Referendumun nəticəsi olaraq güc konsolidasiyası prezident Lukaşenkonun əlinə keçdi və ölkədə insan haqqları istiqamətində daha da psiləşdi.

Belarusiyada insan haqqlarının vəziyyətinin BMT tərəfindən dəyərləndirilməsi

Belarusiya haqqında BMTnin xüsusi nümayəndəsi öz  hesabatında

2017-ci ildə qeyd etdi ki, “Belarusiyanın siyasi sistemi insan haqqlarının müdafisəi ilə uyğun gəlmir”. BMT katibliyinə təqdim olunan xüsusi məruzəçinin 2017-ci ilin hesabatında insan haqqlarının vəziyyəti haqqında elarusiyada, qeyd olunub ki, insan haqqları istiqamətində vəziyyət pisləşib.

Belarusiyada insan haqqlarının vəziyyətinin ATƏT tərəfindən dəyərləndirilməsi

ATƏTin 2017-ci il Parlament Assambleyasının rezolusiyası Belarusiyada media azadlığının az olmasına, jurnalistlərin təhqir olunma hallarının artmasına, yayım və interneti məhdudlaşdıran qanunvericiliyə, eyni zamanda müstəqil jurnalistlərin təqib olunmasına diqqət çəkir  ATƏTin Parlament Assambleyası Belarusiyanı bütün siyasi məhbusları dərhal azad etməyə çağırır.

Belarusiyada 2015-ci ildə keçirilən prezident seçkilərini ATƏT mənfi qiymətləndirdi və seçkilərin saxtalaşdırmasını və seçki mühitinin beynəxalq standartlarla uyğunsuz olmasına diqqət çəkdi.

Amnesty International, Freedom House və Human Rights Watch tərəfindən Belarusiyada insan haqqlarının vəziyyətinin dəyərləndirilməsi

Siyasi əhbuslar, represiyalar, söz və ifadə azadlığının məhdudlaşdırılması, ölümlə cəzalandırma təcrübəsinin davam etdirilməsi - Belarusiyada insan haqqları istiqamətində qorxunc vəziyyət Amnesty Internationalın və Freedom House--un 2017-ci il hesabatlarında belə qiymətləndirilib.

Freedom House əsasən o Rusiya və Azərbaycanla birlikdə Avropada mövcud olan yeganə azad olmayan ölkədir. Reporters without Border-in 2018-ci il hesabatına əsasən mətbuat azadlığı baxımından da eyni vəziyyət mövcuddur.

Human Rights Watch-ın dəyərləndirəmsinə əsasən, Belarusiyada insan haqqları baxımından mövcud olan vəziyyət düzəlmir. O ölüm cəzasının qəbul olunmuş təcrübə olduğu və müxalifət və vətəndaş cəmiyyətinə geniş maştablı represiyaların tədbiq olunduğu yeganə ölkədir.

"

Mənbə: Freedom House

Qeyd etmək lazımdır ki, Putin Rusiyasının tərəfdaşı Belarusiyada prezident təhlükəsizlik xidmətinə və məhkəmə sistemlərinə tam nəzarət edir, bunun üçün 1996 və 2004-cü illərdə konstitusiyaya dəyişikliklər edildi. Belarusiya qanunvericiliyi müasir standartlara uyğun gəlmir, ölkədə keçirilən seçkilər isə beynəlxalq müşahidəçilər tərəfindən daima tənqid olunur. Lukaşenko rejimi müxalifətə qarşı on illərdir ki represiyalar həyata keçirir və insanın fundamental hüquqlarının qorunması ölkədə təmin olunmayıb.


Hazırladı Ana Çitaladze və Mariam Avakov
Miflər dedektoru laboratoriyası