Geworld Peterburqun “trollar fabrikası”nın miqrantın keçiyə təcavüz etməsi haqqında dezinformasiyasını yayımlayır

ალიგატორი - Copy (2)
822
VIEWS

Oktyabrın 10-da “Gürcüstan və Dünya” (Geworld) veb-səhifəsi “Miqrant Bolqarıstanda keçiyə təcavüz etdi” başlıqlı  məqalə, yayımladı. İnternet portalın ilkin mənbəyi öz növbəsində həftəlik bolqar tabloid nəşri „ uikends “ ə əsaslanan rus informasiya agentliyi ФАН-dır. Geworld 73 yaşlı çoban Mladan Kirilovun onun keçisi Milenanı zorlayan “kimsə qara gənc” miqranta necə rast gəlməsini təsvir edir. Çoban zorakıya qarşı müqavimət göstərib, yad adam qaçıb və “ərəbcə nəsə qışqırırmış”.

Miqrant tərəfindən keçiyə təcavüz olunması haqqında məlumata heç bir etibarlı məbədə rast gəlinmir. Bənzər məlumatı sadəcə tabloid tipli rus və bolqar mediaları yayırlar. Geworld isə ilkin mənbə olaraq rus (Peterburq) trollar fabikasının layihələrindən biri olan, Rusiya hakimiyyətinin tapşırığı ilə maliyyə gəliri qarşılığında dezzinformasiyanın məqsədyönlü yayılması ilə məşğul olan Rusiya informasiya agentliyi ФАН-ı göstərib göstərib.

Materiyalın yoxlanılması nəticəsində müəyyən olundu ki, heç bir etibarlı mənbədə bənzər məlumat yoxdur. Bənzər məlumat sadəcə rus saytlarında yayılıb. Misal üçün Rusiya hakimiyyəti tərəfindən təsis olunan media, news.sputnik.ru, bənzər məlumatı yayıb, lakin Geworld-dən fərqli olaraq sputnikin versiyasında miqrant türkdür. Bənzər məlumatı bolqar mənbəyə əsaslanaraq yumor rubrikasında center-club.ws də yayımlayıb.

"

mediyasından başqa material yerli bolqar mediasında da yayılır və onların bir qismi materiyalı satirik-yumor istiqamətində işıqlandırır:

  •  Уикенд – sadəcə çap nəşri var və tabloiidir;
  •  Newsbul.eu – tabloiddir və materialı ,,ШОУ И ЛАЙФСТАЙЛ” rubrikasında yayımlayır;
  •  Capitan.bg – materialı ,Хумор” rubrikasında yayımlayır;

"

Geworld.ge öz mənbəsi olaraq informasiya agentliyi ФАН-ı göstərir. Qeyd olunan nəşr rus trollar fabrikasının layihələrindən biri kimi  bilinir. 2017-ci ilin aprel ayında rus nəşri «РБК» jurnalist araşdırması  nəticələrini yayımladı, araşdırmaya əsasən “rus trollar fabrikası”nın fəallıqları kreml siyasətini dəstəkləyən 16 media vasitəsini də əhatə edib. Medialar Федерального агентства новостей (ФАН) holdinqinn tərkibinə daxildirlər və bir-birlərinin materiyallarının yayımlayırlar. “Rus trollar fabrikası” 2015-ci ilin iyun ayında media və cəmiyyətin diqqət mərkəzində jurnalist və fəal Liudmila Savçokun məvacibini ala bilmədiyinə görə məhkəməyə şikayət etməsi ilə aşkarlandı. Savçukun sözlərinə görə, işçilərə inetrnetdə Vladimer Putini dəstəkləyən şərhləri kütləvi şəkildə yaymaq üçün ayda 750 dollar ödəyilər. Kremlin özü isə agentliklə heç bir əlaqəsinin olmadığı bildirdi.

"

Geworld-ün miqrant tərəfindən zoofiliyanın ilustrasiya etmək məqsədi ilə istifadə etdiyi foto 2013-cü ilin noyabr ayında ultra-milliyətçi partiya ATAKA tərəfindən miqrantlara qarşı keçirilən aksiyada çəkilib. АТАКА  2005-ci ildə Volen Siderov tərəfindən təsis olunub. Onlar ölkənin NATO-ya üzv olmasına qarşıdırlar və milliyətçi, rasist və ksenofobik bəyanatlarla seçilirlər, daima anti-türk, anti-islam və anti-semit fikirlər yayırlar. Qərbdə zoofiliya və nekrofiliyanın yayıldığını göstərmək üçün Geworld əvvəllər də bu cür məlumatları əvvəl də yayırdı və satirik-yumoristik nəşrlərdən mənbə kimi istifadə edirdi və bunu oxuculara real hadisə kimi çatdırırdı. Bundan əvvəlki uydurlmuş materiyallar algatorun və mumyanın təacavüzü ilə bağlı idi və miflər dedektoru əvvəl də yoxladı:

Onların hər biri zamanı Geworld-ün mənbəyi ya anti-Qərb rus medyası və ya ingilis dilli satiirk portallardır ki, onlar misia hissəsində qeyd edirlər ki, onların hadisələri uydurulmuşdur.

Satirik-yumoristik buraxılışları real hadisə kimi götərmək qərb əleyhinə çalışan buraxılışlar tərəfindən istifadə olunan propaqanda növlərindən biridir. bununa propaqandist nəşrlər çalışırlar ki, o hadisələri Qərb cəmiyyəti və ictiayəti üçün səciyyəvi həyat tərzi kimi göstərsinlər.


Hazırladı Ani Kistauri və Qvança Devidze
Miflər dedektoru laboratoriyası

დარღვევის ტიპი: Dezinformasiya, Satira
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist