Geworld.ge 2018-ci ildə baş verən Norveç hadisələrini əks etdirmək üçün 2016-cı ilin Polşa aksiyası zamanı çəkilmiş fotonu istifadə edir

cov sharee
40
VIEWS

Noyabrın 8-də “Gürcüstan və Dünya” (Geworld) veb-səhifəsində “Norveçlilərin NATO-nun təlimlər istəmirlər” başlıqlı məqalə, yayımladı. Məqalə Norveçdə “Vahid keçid” (Trident Juncture) adlanan NATO təlimlərinə qarşı aksiyaların keçirildiyini iddia edir və bildirir ki, təlimin şərti əleyhidarı Rusiyadır, lakin amerika bazaları Norveç ərazisində qeyri-legitim şəkildə yerləşib. Nəşrdə eyni zamanda məşqlər çərçivəsində gəmi ilə atom silahının gətirilə biləcəyi ilə bağlı da şübhə qeyd olunur. Məqaləyə eyni zamanda “Nobody Asked Thou Occupation” (səndən heç kim işğal istəmir) etiraz sloqanı tutmuş 2 adamın fotosu əlavə olunub. Məqalənin  ilkin mənbəsi  isveç veb-səhifəsi offensiv.socialisterna.org-dur.  

Geworld.ge-nin məqaləsi manipulativdir, çünki “Vahid keçid” NATO təlimləri Norveçdə yerli hakimiyyətin istəyi və xahişi ilə həyata keçirilir, Amerika dəniz güclərinin Norveç ərazisində yerləşdirilməsi isə legitimdir və parlament tərəfindən təsdiqlənən sənədlə sübut olunur. Norveç Kommunist Partiyası tərəfindən təşkil olunmuş 2018-ci ilin etirazını əks etdirmək üçün Geworld.ge 2016-cı ildə baş vermiş Polşa aksiyasının fotosunu istifadə edir.

Fakt 1. Geworld.ge-nin isifadə etdiyi foto əslində 2016-cı ildə Polşada çəkilib və Norveçdə baş verən hadisələri əks etdirmir.

“Gürcüstan və Dünya”nın Norveçdə NATO hərbi təlimlərinin əleyhinə baş tutmuş etirazı əks etdirən ilustrasiya vasitəsi kimi istifadə etdiyi foto manipulativdir və həqiqətdə 2016-cı ilin iyul ayının 9-da Varşavada NATO samiti zamanı baş tutmuş aksiyanı əks etdirir və fotoda 2 insan etiraz baneri tutub. Polşa nəşri wyborcza.pl-in məlumatına əsasən aksiyanın təşkilatçıları polşalı anarxistlər idilər. Həmin mənbənin aksiya yerindən  fotorepartajı sübut edir ki, etiraz Varşavada baş tuturdu. Eyni fotonu 2016-cı ilin iyul ayının 11-də Sputnik-Belarus Polşada baş tutmuş aksiyanı əks etdirmək üçün istifadə etdi.

"

"

Oktyabrın 27-də Osloda Sputnik-International-ın məlumatına əsasən Norveç Kommunist Partiyası və Norveç Gənc kommunistlərinin təşkilatçılığı ilə etiraz aksiyaysı keçirildi.

Fakt 2. Təlimlərin keçirilməsini NATOdan Norveçin özü təklif edib və Alyans tərəfindən 4 ildən artıqdır ki, razılıq alıb. Onun artıq təlilərə ev sahibliyi etmək təcrübəsi var. Bunlar arasında var: ,, Soyuq cavab ”, ,, dinamik monooz ”, Arktik problem. 2017-ci ildən Alyansın hərbi güclərinin məşqləri və imkanlarının inkişafı çərçivəsində Norveç sularında Amerika dəniz donanmasının 330 gəmisi var. 2018-ci ildə Norveç NATO-ya xahişlə  müraciət, etdi ki, qeyd olunan güclərin Norveç akvatoriasında olmasını 5 il uzatsın və onların sayını iki dəfə artırsın.

Norveç Hərbi güclərinin səhifəsində izah olunub ki, “Vahid keçid” bir təlim/hərbi manevrədir və hər hansı bir ölkəni əleyhinə yönəlməyib.

Fakt 3. Amerika hərbi güclərinin müvəqqəti olaraq Norveçdə qalması legitimdir. Amerikalı əsgərlərin Norveçdə olmaları ABŞ və Norveç arasında 2006-ci ildə parlaentin təkrar təsdiqlədiyi memarandumla müəyyən olunub və bu da amerikalı birləşmələrin orada qalmalarına tamamən legitim əsas verir.

2017- ci ilin aprel ayının 21-də Norveç hökuməti təhlükəsizlik siyasətinin  sənədini,təqdim etdi və sənəddə qeyd olunub ki, təhlükəsizliyi gücləndirmək üçün Norveç NATO ilə əməkdaşlığı gücləndirməlidir.

Norveçdə Amerika hərbi bazaları daimi yerləşməyib. Ancaq NATO və ABŞ-la əməkdaşlıq Norveç təhlükəsizliyinin ən önəmli komponentidir.

Fakt 4. Məşqlər çərçivəsində atom silahından istifadə haqqında təxmin edilmməsi absurtdur. Nüvə silahının yayılmaması haqqında 1968-ci il idə əldə olunmuş BMT müqaviləsi  ilə nüvə silahı ilə bağlı fəaliyytlərə Atom Enerjisi Agentliyi nəzarət edir. Nüvə silahını başqa ölkəyə (nüvə silahına malik olmayan ölkə üçün) vermək isə qadağandır. Nüvə silahı ilə bağlı fəaliyyətlərdən başqa Norveçdə təlimlər çərçivəsində istifadə olunan  hərbi silah və texnikaöncədən razılaşdırılıb və alyans üzvləri tərəfindən müəyyən olunub.

Rusiya hakimiyyətinin yanaşması

Norveçdə NATO təlimlərinin keçirilməsinə qarşı Rusiya hakimiyyətinin nümayəndələri, eyni zamanda Müdafiə  Naziri  Serqey Şoiqum bəyanatlar veriblər, çünki onu Rusiyaya qarşı yönəlmiş bir aksiya kimi dəyərləndiriblər.

Rus mediyasında yayılan eyni materiyallar

Norveçdə NATO təlimlərinin keçirilməsi ilə bağlı Geworld-in yaydığı materiyalların eynisini rus mediasında da yayıldı:

"

Rusiya müdafiə nazirliyinin mediası olan “Zvezda”ya əsasən “Vahid keçid” təlimləri faşist Almaniyası tərəfindən Norveçin fəth olunmasına bərabərdir

"

“Rusia 1” -ə əsasən, Norveçdə məşqlər keçmək NATO tərəfindən Rusiya ilə müharibə başlamağın əlamətidir.

"

RRusvesna.su Norveçdə keçirilmiş təlimləri rusofobia kimi dəyərləndirir.

"

Peterburq trollar fabrikası ilə əlaqəli riafan.ru Rusiya sərhədləri yaxınlığında Natonun təlimlər keçirməsini Rusiyaya qarşı hərəkat adlandırın.


İlkin mənbə haqqında

Geworld-un ilkin mənbəsi haqqında İsveçrə mətbu orqanı  offensiv.socialisterna.org təqdim edir. İsveçrə sosialist partiyasının  (Rättvisepartiet Socialisternas) veb səhifəsidir. Partiyanın Şimalatlantik alyansına qarşı siyasi baxışı var.

თემატიკა: Müfafiə/Təhlükəsizlik
ქვეყანა/ორგანიზაცია: NATO
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist