Kukavanın seçki öncəsi video-çarxında miqrantlarla bağlı manipulativ video istifadə olunub

foto videodan
223
VIEWS

2018-ci ilin prezident seçkilərinin namizədi, “Azad Gürcüstan” partiyasısının lideri Kaxa Kukavanın anti-miqrant və ksenofobik fikilər oyadan seçki video-çarxı, = “Miflər Dedektoru” nun 2017-ci ildə yoxladığı video kadrlardan ibarətdir.

“Miqarantlarsız Gürüstan” sloqanın və namizədin seçicilərə ksenofobik məzmunlu müraciətinin müşaiət etdiyi mübahisəli video kadrlar metro vaqonunda baş verən səs-küy və qaynaşan insanları əks etdirir:

“Bizim az saylı xalqımız 21-ci əsrdə yox olmaq təhlükəsi ilə üzbəüzdür və bu vəziyyətdə hakimiyyət Türkiyədən, Ərəb ölkələrindən on minlərlə miqrantə qapı açmaq əvəzinə çox uşaqlı ailələrin qeydinə qalmalıdır və onların problemlərinin həllinə çalışmalıdır.”

"

"

Kaxa Kukavanın seçki klipi manipulativdir, çünki göstərilən kadrlarda hansı milliyətə mənsub insanların olduğunu və həqiqətən Gürcüstanda çəkilib, çəkilmədiyini müəyyən etmək mümkün deyil. Onların milliyətinin altından xətt çəkmək rasist və ksenofobik fikirlər oyandırmağa xidmət edir.

Media İnkişaf Fondu 2017-ci ildə videonun avtendliyini  yoxladı və məlum oldu ki, video-çarxda istifadə olunan kadırları 2017-ci il may ayının 23-də sosial şəbəkə vasitəsi ilə rasist və ultra-milliyətçi səhifələr yayıblar. “Gələcək üçün müqavimət” Facebook səhifəsi “Tbilisi metrosunda cəngəllik. Bu davranışa heç nə ilə haqq qazandırmaq olmaz” başlıqlı  video yaydı. May ayının 24-də WTF ?! Photos Facebook səhifəsi eyni videonu “İranlı, iraqlı və hindistanlı miqrantlar Tbilisi metrosunda” başlığı ilə yayımladı. Bu səhifədən isə eyni başlıqla videonu dainteresdit.ge, foxnews.ge veb-səhifələri və all ge. Facebook səhifəsi yayımladılar. Səhifələrin iddiasına görə, kadrlar Tbilisi metrosunda çəkilib, lakin orada iştirak edən aqressiv sərnişinlər iranlı, iraqlı və hindistanlı miqrantlardılar.

Lap əvvəl isə həmin video “Tbilisi metrosunda nə baş verir” başlığı ilə 2015-ci ilin sentyabr ayının 7-də YOUTUBE istifadəçisi  Qio Merabişvili yayımlayıb. Nə videonun başlığında, nə də ona əlavə olunmuş şərhdə göstərilən sərnişinlərin kimliyi qeyd olunmamışdı. (Adventistas) Əksinə kadrlardan insanların milliyətini müəyyən etmək mümkün deyil. İlk dəfə sərnişinlərin kimliyi haqqında ksenofobik kontekstdə WTF ?! Photos Facebook səhifəsi qeyd edib. Səhifə rasist məzmunlu postlar yayır və digə millətin nümayəndələrinə qarşı nifrət dilindən istifadə edir.

თემატიკა: Siyasət
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist