Media

“Obyektiv” TV-nin aparıcısı kreml Jurnalistlərinə: “Heç bir işğal olmayıb!”

17 Sentyabr, 2018

Sentyabrın 6-da Tbilisidə keçirilən “Bynəlxalq Cənubi Qafqaz Medyaforumu”nda “Obyektiv” TV-nin aparıcısı Valeri Kvarçxelia Rusiya tərəfindən Gürcüstanın işğalı faktını inkar etdi.

“Miflər Detektoru” tədbirdə “Obyektiv” TV-nin aparıcısı tərəfindən edilmş bəyənatın audio və video yazısından bir neçə fraqmenti təqdim edir.

Valeri Kvarçxelia, “Obyektiv” TV-nin aparıcısı: “Sizə işğal haqqında sual verəndə niyə bir başa cavab vermirsiniz ki, heç bir işğal olmayıb? İşğalın qoxusu belə yoxdur. Əgər bu məsələyə hüquqi tərəfdən baxsaq, burada heç bir işğal mövcud deyildir. Özünü elan etmiş respublikalar var və Rusiya onların müstəqilliklərini tanıdı. Bu tamamilə başqa hüquqi statusdur. Əgər Rusiya ərazini işğal etdisə, bu gün əlimizdə olan və işğal adlandırdığımız doğrudursa, onda belə çıxır ki, amerikalılar avropalılarla birlikdə Kosovanı işğal ediblər.”

Valeri Kvarçxelia Gürcüstanı Amerika tərəfindən işğal olunmuş adlandırdı:

Valeri Kvarçxelia “Obyektiv” TV-nin aparıcısı: “Əgər etiraf etsək ki, Abxaziya və Osetiya Rusiya tərəfindən işğal olunub, Gürcüstanın digər hissəsi, bütöv Gürcüstan amerikalılarla işğal olunub. Onlar hər yerdə varlar. Onlar Gürcüstanı idarə edirlər. Siz indi, fikirləşirsiniz ki, cənab prezident və ya baş nazir nəyisə həll edirlər? Onların nəsə həll etmək haqqları yoxdur. Amerika səfiri oturur burada və onun razılığı olmadan heç nə edə bilməzlər. Bax, budur gürcü reallığı.

“Obyektiv” TV-nin aparıcısı gürcü medyasını kremil tərəfindən maliyyələşdirilən tədbiri Rusiya tərəfindən Grcüstanı işğal etməsi kontekstində müzakirə etdikləri üçün danladı, tədbirdə iştirak edənlərə isə təşəkkür etdi:

Valeri Kvarçxelia “obyektiv” TV-nin aparıcısı: “Sağ olun ki, siz gəldiniz, sağ olun ki, bu tədbir baş tutur, lakin necə işıqlandırılır və bu gürcü xalqına necə atdırılır? Guya kimsə düşmalar gəliblər və onsuzda bir dəfə işğal olunmuş Gürcüstanı yenidən işğal ediblər. Gürcü xalqına bəla olmaq istəyən insanlar gəlib. Belə də işıqlandırmaq olar? Lakin bu niyə baş verir? Çünki sizin burada heç nəyiniz yoxdur, heç kiçik qurup da yoxdur ki, bunun üzərində işləyəydi. Sizin və Rusiyanın yox, Rusiya-Gürcüstan arasında xoş, isti, yaxşı münasibət olsun deyə. Başqa cür sadəcə ola bilməz. Lakin onlar hər şeyi bərbad edirlər. Və bütün Gürcüstan unun haqqında eşidir. Lakin buna baxmayaraq artıq qeyd etdiyim kimi, əhalinin üçdə biri Rusiya ilə isti münasibət və Avrasiya birliyinə üzv olmağın tərəfdarıdır.”


2018-ci ilin sentyabr ayının 4-7 -də Tbilisidə, Vere Palace mehmanxanasında “Beynəlxalq Cənubi Qafqaz Mediyaforum”u keçirildi. Mediyaforumun təşkilatçıları rus siyasi mərkəzi “Şimal-Cənubi”(Север-Юг), “Həm-dostluq” (содружество) mətbuat kulubu və gürcü dilli rus yönlü buraxılış olan “Gürcüstan və Dünya” idilər. Tədbir Rusiyanın “Prezident Fondu”nun dəstəyi ilə keçirildi və Tibilisidə etiraz aksiyasına səbəb oldu.


Hazırladı Ani Kistauri
“Miflər detektoru” laboratoriyası