QHT

Polşada guya xaricdən maliyyələşən Qeyri hökumət təşkilatlarının qadağan olunması ilə bağlı bəyanat yanlışdır

16 May, 2016

"Hüquq Müdafiəçiləri Birliyi"nin sədri Nikoloz Mjavanadzenin guya Polşada Qeyri-hökumət Təşkilatlarının qadağan olunması iləbağlıbəyanatı yanlışməlumatdır. Oxşar bəyanatı Avroasiya Birliyinin sədri, Arçil Cğoidze də 2015 –ci ilin iyul ayında verib. "Miflər detektoru" o zaman da yazırdı ki, oxşar nizamlamalar Polşada mövcud deyil. Əksinə, 2015 –ci ilin məlumatlarınaəsasən, Polşada 45 000 qeyri hökumət təşkilatı qeydəalınıb. Polşa vətəndaşlarıöz vergilərindən 1% konkret təşkilata ödəyəbilər. İkinci tərəfdən, Polşa hakimiyyətinin özü qeyri hökumət təşkilatlarınımaliyyələşdirir ki, bu təşkilatların məqsədi xarici ölkəcəmiyyətinin inkişafına dəstək olmaqdır.

Polşada, bir qayda olaraq Avropa Birliyinəüzv ölkədə olduğu kimi,qeyri hökumət təşkilatlarınınizamlayan qanunvericilik olduqca liberaldır.Nə"Cəmiyyətə yararlı işlər və könüllülər haqqında” Polşa qanunu,nə də„Assosasiyalar" və ya „Fondlar haqqında" qanunvericilik normaları xarici ölkətərəfindən qeyri hökumət təşkilatlarının maliyyələşdirilməsini qadağan etmir.Əksinə, "Qeyri Hökumət Təşkilatlarının Avropada statusu haqqında Fundamental prinsiplər” sənədi vəizahedici memarandum kəskin şəkildəizah edir ki, qeyri hökumət təşkilatları xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və ya fərdi donorlardan vəsaitlərəldə edə ala bilərlər.

Polşadan və Avvropa Birliyinəüzv olan ölkələrdən fərqli olaraq, 2015 –ci ilin may ayında Rusiya Prezidenti Vadimer Putin "Arzu olunmayan təşkilatlar haqqında" qanun imzaladı. Qanuna əsasən, Rusiyanın baş prokuroru vəya onun müavinlərinəöz düşüncələrinəgörə, faliyyətləri konstitusional nizam intizama və ölkənin milli təhlükəsizliyinətəhlükə ola biləcək tşkilatları"arzuolunmaz” adlandırmağa səlahiyyət verdi.

Oxşar statusu aldıqdan sonra, əgər təşkilat yenə də Rusiya ərazisində fəaliyyətinə davam edərsə, o inzibati cərimə ödəməlidir (100 000 rus rublu) və ya Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır ki, bu da 500 000 rus rubluna qədər pul cəriməsini nəzərdə tutur, 5 ilə qədər məcburi fəaliyyət və ya 8 ilə qədər azadlıqdan məhrumetmə. "Arzuolunmaz" təşkilat olaraq elan olunduqdan sonra təşkilatın maliyyə hesablarıdondurulur, eyni zamanda oxşar təşkilatlarlaəlaqə də cərimələndirilir. Belə olan halda ayrı-ayrışəxslərin cəriməsi 20-25 000 rus rubluna bərabərdir.

Qanun eyni zamanda təşkilatın statusunun dəyişdirilməsi və onun əlindən statusunun alınmasınıvə və s. nəzərdə tutur.

Mənbə:

Asaval-dasaval, 18-24 aprel

Nikoloz Mjavnadze, Hüquq Müdafiəçiləri Birliyi:buna görə mütləq NATO-ya oxşamalıyıq və Avropa Birliyinin üzvü olan – Polşaya bənzəməliyik və Gürcüstanda da qeyri hökumət təşkilatlarının xaricdən gələn pulla maliyyələşməsini qadağan etməliyik. Yüksək səslə bəyan edirəm: bunlar qeyri hökumət təşkilatlarıdeyillər, bunlar həqiqətdə xarici ölkələrin xüsusi xidmət agentləridirlər, hansılar ki gürcü dövlətində etnik və dini münaqişələr yaradırlar.