QHT

Polşada Qeyri-Hökumət Təşkilatıarının xarici ölkələr tərəfindən maliyyələşdirilməsi məlumatı yanlışdır

13 İyul, 2017

„Avroasiya İnstitutunun" nümayəndəsinin Arçil Cğoidzenin Polşada Amerika Birləşmiş Ştatlarının və istənilən digər xarici ölkə tərəfindən Qeyri-Hökumət Təşkilatlarının maliyyələşdirilməsi bəyanatı yalan və əsassızdır.

Real faktlar: Avropa Birliyinə üzv ölkələrdə, həmçinin Polşada Qeyri-Hökumət Təşkilatlarını nizamlayan qanunvericilik olduqca liberaldır. Nə „İctimayyətin xeyrinə fəaliyyət vəkönüllülük"haqqında Polşa qanunu,nə də „Assosasiaların" və ya „Fondlar haqqında" qanunvericilik normaları xarici ölkələr tərəfindən Qeyri-Hökumət Təşkilatlarınının maliyyələşdiirlməsinin qadağan olması ilə bağlı hər hansı bir qeyd yoxdur. Hətta Avropa Şurasının "Qeyri-Hökumət Təşkilatlarının Avropada statusu haqqında Fundamental prinsipləri” və izahedici memorandum Qeyri-Hökumət Təşkilatlarının xarici ölkələrdən, beynəlxalq təşkilatlardan və fərdi donorlardan maliyyə xərcləri tapmalarını açıq şəkildə bəyan edir.

Polşada həmçinin, vergi ödəyən tərəfindən dövlət büdcəsinə gəlir vergisi olaraq ödənilmiş məbləğin müəyyən faizi məbləği köçürən subyektin özünün müəyyən etdiyi ictimai təşkilatın xeyrinə köçürülür ki, bu da maliyyənin 1 %-lik mexanizmi adlanır. Bundan əlavə, vergi ödəyənin hüququ var ki, ödənilmiş məbləğin bir hissəsini konkret təşkilatın xeyrinə istiqamətləndirsin. Vətəndaş sektorunun faizli maliyyələşdirmə mexanizmiPolşadan əlavə daha bir neçə Avropa ölkəsində uğurla istifadə olunur. Misal: Macarıstan, Slovakiya, Litva.

Klon/Jawor Association tərəfindən aparılmış araşdırmaya əsasən, Polşada təxminən 45000-ə qədər assosasiya və 7000-ə qədər fond qeydiyyata alınıb və onların əksəriyyəti (təxminən 55%) regional səviyyədə fəaliyyət göstərir. Polşa Qeyri-Hökumət Təşkilatları Avropa Fond və institutlarından fəal şəkildə maliyyə alırlar.

Polşa Qeyri-Hökumət Təşkilatlarına son illərdir ki, NED, EEA, Fridrix Ebrid fondu, Konrad Adenauri Fondu, Robert Boş Fondu, Kanada Beynəlxalq İnkişaf Agentliyi, İsveçrə Beynəlxalq İnkişaf Agentliyi, Xalqların Bərabər iştirakı üçün Avropa Solidarlığı kimi Beynəlxalq Təşkilatlar, Fondlar və ayrı-ayrı ölkələrin hökumət proqramları maliyyə dəstəyi göstərirlər.

Bundan əlavə, Polşa özü də Avropa Birliyinin Şərq Tərəfdaşlığı Ölkələrinin vətəndaş və hökumət sahələrinə yardım proqramları həyata keçirir.Misal üçün,"Polşa köməyi" (Polish Aid), Polşa Xarici İşlər NazirliyiErmənistanda, Azərbaycanda, Belarusiyada, Gürcüstanda, Moldova və Ukraynada bu cür proqramlar həyata keçirirlər. Proqramların həyata keçirildiyi əsas sahələr insan haqlarını, siyasi və iqtisadi transformasiyaları, qlobal təhsil və humanitar köməyi əhatə edir. Kənd Təsərrfüatının inkişafına və ətraf mühitin müdafiəsinə əsas yer ayrılır. Vətəndaş sahəsi nümayəndələrinin, Qeyri –Hökumət Təşkilatlarının kömək almaq imkanı var.

Polşanın da üzv olduğu Avropa Birliyi və digər Beynəlxalq Təşkilatlar ayrı-ayrı ölkələrin Qeyri-Hökumət təşkilatları arasında regional əməkdaşlıq, təcrübələrin bölüşülməsi, ən yaxşı təcrübələrin yayılması və ortaq hədəflərin bir yerdə dəf olunmasını hədəfləyirlər.Buna görə də Şərqi Avropanın altı ölkəsi üçün (Gürcüstan, Moldova, Ukrayna, Belarusiya, Ermənistan, Azərbaycan) yaradılmış Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Avropa Birliyi ilə əməkdaşlıq prosesində vətəndaş cəmiyyətinin fəal iştirakına imkan yaradır.

Açıq və inkluziv cəmiyyətin yaranmasına çalışan və hökumətə nəzarət funksiyası ilə siyasətin hazırlanması, vətəndaş maraqlarının vəkilliyi və digər xidmətlər təqdimm edən Qeyri-Hökumət təşkilatlarının Demokratik cəmiyyətdə əhəmiyyətli yeri var.Qeyri-hökumət təşkilatlarının və Beynəlxalq Təşkilatların azad fəaliyyəti sadəcə avtoritar və diktator rejimlərində məhdudlaşdırılr.

Rusiya təcrübəsi

Başlıca insan hüquqlarının və azadlıqlarının müdafiəsi əvəzinə bağlı cəmiyyətə meyili olan qeyri-hökumət və beynəlxalq təşkilatların fəaliyyətlərinin məhdudlaşdırılması təcrübəsi Rusyada mövcuddur. 2012-ci ilin noyabr ayında, Rusiyada aparılmış qanunvericilik dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən xarici ölkələrdən maliyyələşən qeyri-hökumət təşkilatlarına "xarici agent” (Foreign agent) statusu verilib. Bu cür statusa malik təşkilatlar dövri olaraq Ədliyyə Nazirliyinə və Federal Vergilər Xidmətinə hesabatlar hazırlayıb təqdim etməlidirlər. "Xarici agent” statusunu almış hər hansı qeyri-hökumət təşkilatı qanunla nəzərdə tutulmuş tələbləri yerinə yetirmzsə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə əsasən bağlana bilər.

2013-cü ilin mart ayında,bütün Rusiya ərazisində qeyri-hökumət təşkiulatlarının yoxlanmasına başlanılıb.Bütün yerli və avtoritar beynəlxalq təşkilatlar Prokuratura və Ədliyyə Nazirliyinin yoxlanışlarına məruz qalıblar: "Amnesty International”, "Moskva Helsink qurupu”, "Human Rights Watch”, "Aqora”, "Memorial". 2015-ci ilin aprel ayında Rusiya hökuməti təərfindən "Beynəlxalq Şəffaflıq”da (Transparency International) „xarici agent” olaraq dəyərləndirilib.

2007–ci ilin astanasında, Rusiya Xarici İşlər Nazirliyi „Britaniya Şuralarına", dünyanın 100-dən artıq ölkəsində mədəniyyət-təhsil fəaliyyəti göstərmiş Beynəlxalq Mədəniyyət Təşkilatından Yekaterinburq və Sank-Peterburqdakı regional ofislərini bağlamalarını tələb etdi.Həmçinin Amerika Birləşmiş Ştatlarının İnkişaf Agenntliyi(USAID)-in də problemləri yarandı və təşkilat 2012-ci ildə fəaliyyətini dayandırıb. Təşkilat iki on illik ərzində Rusiyada fəaliyyət göstərirdi və bu dövr ərzində ölkədə demokratiyanın inkişafına və ayrı-ayrı yardımlara meyilli proqramları vasitəsi ilə milyardlarla dollar xərcləmişdi.

2015-ci ilin may ayında qəbul edilən yeni qanuna əsasən, Rusiyada fəaliyyət göstərən "arzuolunmaz" təşkiltlara fəaliyyətin icrası məhkəmə qərarı olmadan qadağan edildi. Xarici İşlər Nazirliyinin razılığı olarsa, Rusiya prokurorluğuna imkan verilir ki, bənzər qeyri-hökumət təşkilatlarının fəaliyyətini dayandırsın. Hökumət üçün „arzuolunmaz" təşkilatlar siyahısına "Corc Soros adına Xeyriyyə Fodu”, "National Endowment for Democracy” (NED), "Freedom House”, „Maqratur fondu" və „Şərqi Avropa Demokratiya Mərkəzi"də daxil oldu. Həmçinin üç Ukrayna və iki Polşa Qeyri hökumət təşkilatı da siyahıya daxil edildi.

Bu gün Rusiyada İdarəçiliyin ənənəvi Rusiya İmperiya modeli uğurla həyata keçirilməyə başladı, və model çərçivəsində dövlət bürokratiyası və polis ölkənin vətəndaşı və əhaliyə total nəzarət edilməyə başldaı. Bu model hakimiyyət və güc strukturlarının əlində olan hakimiyyətin monopolizasiyasına qarşı olacaq vətəndaş cəmiyyətinin mövcudluğunu tamamilə rədd edir.

Dali Kurdadze

Mənbə:

Obiyektiv, Gecə studiyası, 5 iyul

Arçil Cğoidze, Avroasiya İnstitutu: Təəssüf ki, bu günkü Gürcüstan hakimiyyəti bildirir ki, qeyri-hökumət sahəsi Qərb tərəfindən, Avropa Səfirliyi tərəfindən maliyyələşməlidir. Lakin hökumət əhalidən gizlədir ki, Avropanın özündə böyük ölkələrdən biri olan, həmçinin yeni Avropada, Polşada Amerika Birləşmiş Ştatları və ümumiyyətlə istənilən digər ölkə tərəfindən hər hansı Qeyri-Hökumət təşkilatının maliyyələşdirilməsi qadaöandır.Orada belə bir qayda mövcuddur - 1 %. Əmək haqqı ödəyən, vergi ödəyən insanların bu 1 % özləri müəyyən etsinlər və özlərinin vacib hesab etdikləri təşkilatlara köçürsünlər."Əhali öz əmək haqqının 1%-ni arzu etdiyi təşkilata köçürür)...