Səhhət/biotəhlükəsizlik

Putin Rusiyada 2016-cı ildən “həyat üçü zəruri” hesab edilən preparatı Gürcüstan üçün təhlükəli hesab edir

31 Oktyabr, 2018

2018-ci ilin oktyabr ayının 18-də Soçi şəhərində keçirilən illik klub “Valdai”nin nəticəsinə görə, sesiada Rusiya Prezidenti Vladimer Putin Gürcüstanın keçmiş Təhlükəsizlik Naziri İqor Qiorqadzenin Luqari laboratoriyası haqqında yaydığı konspirasiyalara toxunub. Putinin sözlərinə görə, Luqai laboratoriyasında əhali üzərində aparılan testlər onun üçün həyəcan siqnalıdır, çünki testlərin aparıldığı preparat milli mənsubiyyətinə görə, insan nəsillərinə qenetik dəyişikliklər edə bilir.

Vladimer Putinin haqqında İqor Qiorqadze tərəfindən yayılan sənədlərə əsaslanaraq danışdığı preparat hepatit C-ni müalicə edən “sovaldiya” dəranıdır. Sovaliya isə Rusiyanın özündə 2016-cı ildənqeydiyyata alınıb, 2019-cu ildən isə o həyati əhəmiyyətə malik dərmanlar siyahısına daxil olacaq. Sovaldinin Rusiyada hələ də bu siyahıya daxil olmamasının səbəbi dərmanın qiymətidir. Rusiya Səhyyə Nazirliyi isə “Sovaldi”ni istehsal edən “Qilead” şirkəti ilə bir neçə ildir ki, danışıqlar aparır ki, Rusiya həmin preparatın Rusiyada istehsalı üçün icazə alsın ki daha ucuza başa gəlsin.