Təhsil

Qərbin Gürcüstanın təhsil və elm sisteminin vəziyyətini pisləşdirməkdə maraqlı olduğu haqqında yayılan mif əsassızdır

31 Avqust, 2015

Simon Canaşia

Gürcüstan dövləti Qərb dövlətlərindən və özəl donorlardan təhil sahəsinin inkişaf etdiriləmsi üçün uzun illərdir ki, əhəmiyyətli kömək alır. Kömək bir neçə növdür. Gürcüstan təhsil sahəsində əhəmiyyətli dəyişiklik baş versin deyə qrant və kredit şəklində maliyyə dəstəyi alır.Kreditlər arasında vahid milli imtahan sisteminin hazırlanması üçün dünya bankından alınmış kredit çox əhəmiyyətli idi. Qrantlara gəldikdə isə, misal üçün uzun illərdir ki, Gürcüstan alimlərinin təchizat almaları, xaricdə əlaqələrin yaradılması,tədqiqatların aparılması və s. üçün qrantlar alınır. Misal üçün təhsil sahəsində yapon hakimiyyətinin qrandı çərçivəsində təhsil istiqamətində peşə ədəbiyyatı, təhsil elminin ən son yenilikləri ilə bağlı gürcü tələbə və müəllimlərini məlumatlandırmaq üçün 60-dan çox müasir dərslik tərcümə olundu.

İkinci, təhsil sisteminin təkminləşdirilməsi üçün texniki köməyi nəzərdə tutan maliyyənin istiqamməti də önəmlidir. Beynəlxalq donor təşkilatların dəstəyi ilə Gürcüstanaxarici konsultantlar gəlirlər, bu insanların dəstəyi ilə Gürcüstan hökumətinin və akademik sahənin əməkdaşlarının imkanları var ki, yeni biliklər öyrənsinlər, müasir sistemləri və ən əsası Gürcüstanın təhsil sisteminin daha da güclənməsi üçün beynəlxalq sistemlərə inteqrasiya olsunlar. Təhsil sahəsində son 20 il ərzində ayrı-ayrı ölkələrin, Beynəlxalq Təşkilatıların köməyi və özəl donorlarıntəşəbbüsləri ilə bir çox tanınmış alim və eksbertin gətirilməsi mümkün oldu. Misal üçün, 2002-07-ci illərdə Gürcüstan dövlətinin təhsil sahəsinin yenilənməsinə Harvard Universitetinin professorları kömək edirdilər. Xarici ekspertlərin köməyi ilə Gürcüstan Universitetlərində yeni, yüksək keyfiyyətli təhsilin idarə olunması, ictimai idarə olunma və s. magistr proqramları tədbiq olundu.

Üçüncü, əhəmiyyətli kömək istiaqmətixaridcə gənclərə təhsil vermək yolu ilə Gürcüstan elm və təhsil potensialının artırılmasıdır.Bir çox dövlət Gürcüstan gənclərinin ən yaxşı Qərb universitetlərində təhsil almaları üçün təqaüdlər verir.Misal üçün, Almaniya akademik mübadilə xidmətinin köməyi ilə, son 24 ildə bir neçə yüz gəncin Almaniyanın ən yaxı Universitetlərində təhsili maliyyələşdirildi.Britaniya və Amerika hökumətlərinin köməyi ilə hal-hazırkı təhsil proqramlarının– Çivninq vəIREX vasitəsi ilə aparıcı universitetlərdə bir neçə gürcü tələbə təhsil alır.Həmçinin Gürcüstanın ali təhsil ocaqlarında fəaliyyət göstərən gənc alim və pedaqoqların beynəlxalq təcrübə əldə etməklə öz mütəxəssislik səviyyələrini yüksəltmələri üçün çoxlu sayda qrantlar ayrılır.Misal üçün bir çox gürcü aliminin Oksford və Priburq universitetlərində xüsusi ilə bunun üçün ayrılmış maliyyə vasitəsi ilə öz profisionalizmlərini artırmaq imkanı əldə etmişlər.

Dördüncü, Gürcüstanda yeni, yüksək standartlara malik təhsil təsis olunmasında Qərb ölkələri birbaşa iştirak edirlər.Misal üçün, bu cür layihə çərçivəsində Amerika hökuməti tərəfindən ayrılmış bir neçə lari kömək əsasında Tbilisidə gürcü uşaqlarının yüksək səviyyəli təhsil aldıqları ən uğurlu məktəblərdən biri olan – Qivi Zaldastani adına Amerika Akademiyası təsis olunub.

Gürcüstanda San Dieqo Universitetinin bazasında yeni ali texnoloji proqramların açılması daha geniş maştablı maliyyə ilə ortaya çıxmış oxşar layihədir. Amerikanın dəstəyi ilə gürcü professorları xüsusi olaraq hazırlansınlar, Gürcüstanda yüksək, müasir texniki biliklərə malik mühəndislər və proqramlaşdırma mütəxəssisləri yetişsin deyə on milyonlarla larilər xərclənir.

Bu gün, qlobalizasiya şərtləri altında təkcə Qərb yox, eyni zamanda Şərqin bir çox ölkəsi üçün də Gürcüstanda siyasi və ya iqtisadi stabilliyin hökm sürməsi əhəmiyyətlidir.Buna nail olmaq üçün təhsil xüsusi rola malikdir. Təhsil sadəcə texniki komponentləri yox, eyni zamanda vətəndaşlar arasında bərabər yaşamın ayrı-ayrı formalarını və bunun üçün lazımi dəyərlərin formlaşdırılmasını əhatə edir. Məhz bu məqsədlə Qərb ölkələri Gürcüstanda texniki bilikdən əlavə vətəndaş təhsilinin də yüsək səviyyədə olmasında maraqlıdırlar. Elə buna görə də Qərb ölkələrinin və Beynəlxalq Təşkilatların yardımlarının böyük hissəsi məhz vətəndaş təhsilinə yönəlib.

Qərbdən gələn təhlükələrdən danışarkən təhsil və elmimizin inkişaf tarixini xatırlamaq lazımdı.Uğurları ilə fəxr etdiyimiz və fəaliyyətləri nəticəsində Gürcüstanda elmi tədqiqatların zəngin tarixi yaranmış bir çox gürcü alimi məhz Gürcüstan və Rusiya imperiyasının sərhədlərindən kənarda, Avropada təhsil alıb. Misal üçün tanınmış gürcü alimi,Dimitri Uzandze Almaniyada bir neçə universitetdə təhsil alıb və öz doktorluq disertasiyasını da bu ölkələrdə müdafiə edib. Tbilisi Dövlət Universitetinin ilk rektoru Petre Melikişvili də öz elmi karyerasını qurmazdan əvvəl Avropada müxtəlif laboratoriyalarda ilk iş təcrübəsi əldə edir. İvane Cavaxişvili1901-1902 –ci illərdə Berlinə dəvət olunub, burada tanınmış Alman tarixçilərinin rəhbərliyi ilə işləyərək oxuyurdu. Bunu da unutmayaq ki, Qərblə əlaqələr pislışdiyi zaman elmə böyük ziyan dəydi.Bu cür şəraitdəgürcü alimləri üçün öz aparıcı həmkarları ilə ünsiyyət, ümumi layihələrin icrası, bilik mübadiləsi ciddi problem olmuşdu. Beynəlxalq elmi jurnallarda gürcü alimlərinin olduqca az sayda elmi məqalələrinin dərc olunması bu problemin nə dərəcədə aktual olmasını göstərir.

Aydındır ki, Gürcüstan reallığını nəzərə almadan Qərb təcrübəsini tədbiq etmək Gürcüstanın elm və təhsil sistemi üçün problemlər yarada bilər. Bu cür problemlər təcrübələrin bizim reallığa uyğunlaşdırılmadan tədbiq edilməsi zamanı ortaya çıxır.Gürcüstan onun üçün ayrılan maliyyəni almaq və beynəlxalq layihələrlə bağlı olan arzuolunmaz təsirlərdən özünü nə dərəcədə qoruya bilər? Qərb dövlətlərinin hər hansı dövlətin inkişafı ilə bağlı razılığa gəlmək haqqında qərar qəbul etdikləri zaman necə hərəkət etmələri barədə çoxlu sayda beynəlxalq öhdəlikləri var. Bunlarda biri dəstəyin effektivliyi haqqında Paris Bəyannaməsidir. Bəyannamə donor ölkənin köməyinin maliyyəni alan ölkənin müəyyən etdiyi ehtiyaclara uyğun olmasının əsas prinsipərdən biri kimi müəyyən edir. Buna görə də yalnız Gürcüstan dövləti öz maraqlarını müəyyən etməkdə zəiflik göstərərsə, Qərb tərəfindən ayrılmış yardımın məqsədyönsüz və ya əksər hallarda Gürcüstan üçün zərərli şəkildə istifadə olunma təhlükəsi var. Əgər, Gürüstan təhsil və elm nümayəndələri tərəfindən problemlər dəqiq müəyyən olunarsa, Qərbdən gələn köməyin səmərəli olacağı ehtimalı artar.

Mifin mənbəyi:

Merab Gibladze, akademik:qısaca desək Gürcüstanda Elmi-Tədqiqat İnstitutlarının məhvi, universitetlərdə təbiət elmləri laboratoriyalarının ləğvi – bütün bunlar amerikalıların məsləhəti ilə oldu! Əgər, irəli getmək istəyiriksə, təhsil sahəsində Amerika ekspansiyasından özümüzü bir təhər qorumalıyıq! Bu gün Gürcüstan Amerikanın Birləşmiş Koloniyasıdır və bizi amerikalılar idarə edirlər!

Asaval-Dasaval, 22-28 iyun