Ukrayna kilsəsinin avtokefaliyası və Konstantinopol patriarxlığı haqqında 4 mif

yrj
1.3k
VIEWS

2018-ci ilin sentyabr ayının 24-də “Obyektiv”in efirində dekanoz Qiorqi Pavlov Ukraynanın avtokefaliya məsələsi haqqında  danışdı və qeyd etdi ki, proses ABŞ tərəfindən idarə olunur. Bu təsvir etmək üçün Qiorqi Pavlov iki eqzarxın Ukrayinaya getməsi faktını yada salır və iddia edir ki, onlar amerikalı və kanadalı idilər. Eyni fikri sentyabrın 27-də “Gürcüstan və Dünya”da yayımlanan müsahibədə Avcala Müqəddəs əzab verilmiş Ketevan məbədinin rahibi Qiorqi Razmadze də söyləyib. O qeyd edib ki, Ukrayna kilsəsinə avtokefaliyanın verilməsi məsələsi “liberalların” Rusiya və ümumiyyətlə provaslav kilsəsinə qarşı hiyləsidir. Ukrayna kilsəsinin avtokefaliyası məsələsi ilə bağlı sentyabr ayının 29-da İctamia Televiziyanın “42-ci paralel” proqramında Qori və Ateni metropoliti Andria da danışıb. Onun üçün Ukraynada hansı kilsəyə müstəqillik verilməli olduğu aydın deyil, çünki Moskva patriarxlığının tabeliyində olan kilsə Moskvadan və ya Konstantinopoldan müstəqillik istəməyib.

Kremlin mediasında Konstantinopol patriarxlığını amerikalı güc kimi göstərmək yeni deyil. Bu hekayə Ukrayna kilsəsinə avtokefaliyanın verilməsi məsələsi ilə bağlı yenidən aktivləşib. Propaqanda medyası saxta və manipulativ məlumat yaymaqla dünya patriarxlığını nüfuzdan salmaqla Rusiya patriarxlığının mövqelərini müdafiə edir. “Miflər dedektoru” Ukrayna kilsəsininin avtokefaliyası haqqında propaqanda mediasında yayılmış 4 mifi təqdim edir.

Mif 1: Ukraynada Konstantinopol patriarxlığı tərəfindən göndərilən eqzarxlar amerikalı və kanadalı ruhanilərdirlər

Real fakt N1: Göndərilən eqzarxlar ukraynalıdırlar.

Konstantinopol patriarxlığı tərəfindən göndərilən eqzarxların amerikalı və kanadalı ruhanilər olması iddiası saxtadır və dünya patriarxlığının Amerikaya tabe olan güc kimi göstərmək, Ukrayna kilsəsinə avtokefaliyanın verilməsi məsələsində Amerikanın rolunun olduğun vurğulamaq məqsədinə xidmət edir.

Sentyabrın 17-də Ukraynada prezident Petro Poraşenko və Konstantinopol patriarxlığı tərəfindən göndərilən iki eqzarx arasında görüş keçirilib. Rus yönlü media və müəyyən ruhani şəxlər  bildiriblər, ki, eqzarxlardan biri Daniyel amerikalı, digəri isə İlarion – kanadalı olub. Eqzaxları göndərməyin məqsədi avtokefaliya məsələlərində Ukraynaya kömək etmək olub.

"

Real olaraq eqzarx Daniel və İlarion müvafiq olaraq Amerika və Kanadada fəaliyyət göstərirlər, lakin onlar əslən ukraynalıdırlar.
"

Arxiyepiskop Daniel (ruhani adı Volodimer Zelinski)

Arxiyepiskop Daniel Ukraynanın balaca şəhəri olan Buçaçda  anadan olub.

Məktəbdən sonra O təhsilini İvano-Prankivski seminariyasında davam etdirib və teologiyaya sahiblənib. Budan sonra 1996-cı ildə o təhsilini Amerika Birləşmiş Ştatlarında davam etdirib. Amerikada olduğu müddətdə ona diakon rütbəsi verilib. 2000-ci ildə o Amerikada yerləşən Ukrayna Provaslav kilsəsinə qəbul ediblər və burada O təhsilini Müqəddəs Sopia adına Ukrayna provaslav seinariyasında davam etdirib.

Yepiskopos İlarion (ruhani adı Roman Rudnik)

"
Yepiskopos Roman Rudnik 1972-ci ilin yanvar ayının 14-də Ukraynanın Lvov şəhərində doğulub. os Roman Rudnik 1972-ci ilin yanvar ayının 14-də Ukraynanın Lvov şəhərində doğulub. Məktəbi bitirdikdən sonra o təhsilini Kiyev Teoloji seminariyasında davam etdirib. Bundan sonra arxiyepiskop Vsevolodinin (Maydanski) məsləhəti ilə o təhsil almaq məqsədi ilə Tesalonikin universitetlərindən birinə keçib. Kanadada fəaliyyətə 2008-ci ildə başlayıb. Sindoun qərarı ilə o Edmondon və Qərbi Kanada yepiskoposu olub.

Mif N2: Ukrayna və Apxaziya bərabər subyektlərdirlər və Konstantinopol Apxaziyaya da avtokefaliya verəcək.

Reallıq: Apxaziya rusiya tərəfindən işğal olunduğuna görə, Ukrayna ilə Apxaziya bərabər statusa malik ola bilməz.

Qeyd olunan mif guya qlobal liberal güclərin provaslav kilsəsinə hücum etməsi fikrini iddia edərək yayılır. Təhlükələr səpmək, guya ki, dünya patriarxlığı Ukraynadan sonra Apxaziya kilsəsinin avtokefaliyasını tanıyacaq, kreml mediyasının və rus yönlü ruhanilər tərəfindən yayılan hekyaədir.

Mif 3: Rusiya kilsəsi Apxaziya məsələlərinə qarışmır.

Reallıq: Moskva patriarxlığı illərdir ki, gizli şəkildə Bigvinti və Sxum-Apxaziya yepaxiyasının işlərinə qarışır.

Düzdür, Rusiya patriarxlığı Apxaziya kilsəsinin müstəqilliyini tanımır, lakin bu sadəcə formal xarakter daşıyır. Real olaraq Rusiya Apxaziya yeparkiyasının işlərinə qarışmaqla yanaşı artıq illərdir ki, onu idarə edir.

Dakanoz İlya Giğladzenin  məlumatına əsasən:

  • İşğal olunmuş Apxaziya ərazisində yerləşən bütün məəbədlərə (Yeni Atoni monastrından başqa) Moskva patriarxlığı nəzarət edir.
  • Moskva patriarxlığının Apxaziya ərazisində 15-ə qədər müəyyən olunmuş rahibi var, onların əksəriyyəti (birini çıxmaq şərti ilə) patriarxlıq tərəfindən xeyir dua alıblar.
  • Apxaziya Yeparxiyasını Maikopi və Adiğenin rus yepiskoposları idarə edirlər.

Apxaziya Yeprkiyası üçün əsas təhlükəni məhz Rusiya Patriarxlığı yaradır. O öz ruhanilərini işğal olunmuş Apxaziyaya göndərir, bu isə qanunla düzgün deyil. Eyni zamanda Apxaziyada yerləşən kilsələrin boyanması və  zərər vermə, halları da tez-tez baş verir və bu gürcü izinin silinməsinə  xidmət edir.

"

Mif 4: Konstantinopolun dünya patriarxı provaslav dünyasında sıfır nüfuza malikdir.

Reallıq N4: Dünya patriarxı qanuni olaraq birinci və bərabərlər arasında əsas yüksək rahibdir.

Konstantinopolun baş yeparxı və dünya patriarxı tarixən və qanunən, xalqlar arasında ilk və ən əhəmiyyətlisi, baş kahindir. Konstantinopol Patriarxının rolunun bir çox etiraflar tərəfindən qəbul edilməsindən əlavə, onun üstünlüyü ruhani yığıncaqların qanunlarında dagörünür:

"

Eyni zamanda Konstantinopol Patriarxının təsiri provaslav aləmində olduqca böyükdür. Ən böyük əhəmiyyətə malik Atoni monastrı Konstantinopola tabedir. Eyni zamanda patriarxlığın dünyanın hər tərəfində çoxlu ibadətgahları var və üzvlərinin sayı da bir neçə milyona çatır.

Konstontinopol patriarxlığını Amerika Birləşmiş ştatları və Türkiyənin maliyyələşdirməsi Rus yönlü medyada yayılan hekayədir. Qeyd etmək lazımdır ki, Patriarxlıq Amerikadan maliyyəni sadəcə ona aid olan ibadətgahlardan alır. Türkiyəyə gəldikdə isə, Patriarxlıq Türkiyə tərəfindən idarə olunmur, əksinə tez-tez çoxlu problemlərlə üzləşir. Bu problemlər özünü dünya əhəmiyyətli Xalqi provaslav ilahiyyatçı məkəzinin bağlanması ilə ifadə olunur. Mərkəin yenidən aılmasını Patriarx Bartlome bu günə qədər bacarmayıb. Patriarx tituluna baxmayaraq Türkiyə onun dünya patriarxlığını tanımır və onu sadəcə türkiyə Provaslav kilsəsinin rəhbəri kimi tanıyırlar. Daha ətraflı məlumat üçün “Miflər Dedektorunu” tərəfindən hazırlanan əvvəllər yayımlanmış publikasiyanı oxuyun.

"


Hazırladı İrakli İaqoraşvili
Mifllər dedektor laboratoriyası

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist