“42-ci paralel” Yunanıstanın iqtisadi böhranında Avropa Təsisatlarını ittiham edir

უკდფ
151
VIEWS

2018-ci ilin mayın 5-də, İctimai Yayımçının “42-ci paralel” verlişində Mate Qabitsinaşvilinin süjeti yayımlanmışdır. Süjetdə məsələ Avropanın birlik ideyasına və Avropa İttifaqının “Sistemli böhran anatomiyasına” toxunurdu. Süjetdə Yunanıstanın iqtisadi böhranına əhəmiyyətli yer ayrıldı. Müəllif həmin böhranı “Troyka” (Avropa Komisssiyası, Avropanın Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu) siyasətinin nəticəsini kimi qələmə verir. Qabitsinaşvilinin qənaətincə, bu təsisatların siyasəti Yunanıstanın iqtisadi sistemini çökdürmüşdür.

“42-ci paralel” Yunanıstanın iqtisadi böhranını tamamilə Avropa İttifaqı və avropa təsisatlarının siyasəti nəticəsi kimi qələmə verir. Süjetin müəllifi oxucuya Yunanıstanın böyük miqdarda büdcə sərfiyyatı, proteksionistik iqtisadiyyatı, vergiləri gizlətməyi və başqa struktur xarakterli problemlər haqqında məlumat vermir. Əslində, Yunanıstanı iqtisadi böhrana gətirib çıxaran məhz bu sadalanan amillər olmuşdur.

1990-cı illər: Avropa İttifaqı

  • 1994-cü ildə Yunanıstan Bankı siyasi nəzarətdən azad oldu. 1994-cü ildə büdcə balansının qıtlığı ÜDM 5.1%-ni təşkil edirdi, 1994-cü il üçünsə artış 4.2% idi.
  • 2000-ci ilin mayın 3-də Avropa Komissiyası Yunanıstanın fiskal çatışmazlığının ÜDM ilə nisbətdə yalnız 1.6% olduğunu dedi, inflasiya isə 2% təşkil edirdi. Yunanıstan dövlət borcunun payından savayı, Maastrixtin hər bir tələbatını təmin edirdi. Lakin dövlət borcu müəyyənləşdirilmiş çərçivəni Avropa İttifaqının başqa üzv ölkələrində də aşmışdı. 2001-ci ilin yanvarın 1-də Yunanıstan Avroməkanın üzvü oldu. Bunu Yunanıstan əhalisinin 70% dəstəkləyirdi.

Statistikanın saxtalaşdırılması

  • 2004-cü ildə “Yeni demokratiya” partiyasından olan Baş-nazir Konstantinos Karamanlis, Milli Statistika Xidmətinə “Pasoki” –nin defisit statistikasının auditini tapşırdı. Auditin nəticəsinə görə büdcə çatışmazlığı “Pasokinin” statistikasında göründüyündən qat-qat böyükdü. Avropa Komissiyasına əsasən, Avropa Məkanına üzv olduqdan sonra, Yunanıstan defisitin ÜDM-nin 3% limitinə heç vaxt sığmırdı.

Publik sektorundakı problemlər

  • 2001-2008 –ci illərdə Yunanıstanda iqtisadi artımın ortalama 3.9% təşkil etməsinə baxmayaraq, iqtisadi problemlər aydınca görünürdü. Bu özünü ən şiddətli şəkildə publik sektorunun çatışmazlığında göstərirdi. 2000-ci ildə publik sektorunun çatışmazlığı Maastrixtlə təyin olunmuş həddi aşdı və 3.7% təşkil etdi. Bu göstərici 2008-ci il üçün 10% kimi, 2009-cu ildə isə 15% qədər artmışdır.
  • Bundan əlavə pensiyalar da ayrıca bir problem idi. Harvardın Biznes Məktəbinin 2011-ci il araşdırmalarına əsasən, 2007-ci ilə qədər yunanlar pensiyaya 58 yaşından çıxırdılar və pensiyaya qədər mövcud olan gəlirin 96%-ni alırdılar, halbuki, OECD ölkələrində pensiyanın orta yaşı 63 ildir və pensiya şəklində ona qədər əldə etdikləri gəlirin yalnız 61%-ni alırlar. 2007-ci ildə yunan pensiyaları ÜDM 12% təşki etdi – Avropa İttifaqının ortalama göstəricisindən azca yüksək (10)% . Lakin mövcud templərlə, proqnozlara görə, 2060-cı ildə Yunanıstan pensiyalara ÜDM-nın 24%-ni xərcləyərdi.

Vergilərlə bağlı problemlər

  • Adam başı (uşaqlar və işsizlərlə birgə) gəlirin 20 000 avrodan çox olmasına baxmayaraq, işlə təmin olunanların üçdə ikisi yalnız 12 000 avronu göstərirdi və bununla vergilərdən yayınırdı. İşləyənlərin yalnız 6% 30 000 avrodan çox gəlirini əmlak bəyannaməsində göstərirdi.

2008-ci ilin dünya maliyyə böhranı

2008-ci ilin dünya maliyyə böhranı Yunanıstan iqtisadiyyatına da təsir etmişdir. Turizm və dünya ticarəti azalmış, nəticədə Yunanıstanın büdcə gəlirləri məhdudlaşmışdır.

  • Seçkilərdən sonra qısa müddətdə büdcənin defisitinin ÜDM 12.5% olacağı məlum oldu. Bu rəqəm ötən hakimiyyətin  proqnozundan üç dəfə böyük idi.
  • Brüsseldə Avropa İttifaqı liderləri ilə görüşdə Baş-nazir Yunanıstanın problemlərindən açıq danışdı. Onun qənaətincə real olaraq büdcənin defisiti çox yüksəkdi, fiskal prosedurları səhmansızdı, vergiləri gizlətmək –yoluxucu, korrupsiya isə geniş yayılmışdı.
  • 2010-cu ildə dövlət borcunun həcmi ÜDM-un 150% -na çatırdı. Cari kredit öhdəliklərini qarşılamaq isə yalnız əlavə borc almaqla mümkün idi. Yunanıstan tamamilə Beynəlxalq Maliyyə Təsisatlarından asılı vəziyyətdə qaldı.

“Toryka” adlanan üçlük

  • Yunanıstana Avropa Komissiyası, Avropanın Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu yardım etmişdir. Köməyin əvəzində, Yunanıstan xalq arasında hüsn-rəğbət qazanmayan, ancaq iqtisadiyyatın vəziyyətini düzəltmək üçün zəruri islahatlar aparmalı idi. Məsələn dövlət rəsmilərinin və sosial xərclərin miqdarı azaldılmalı, büdcə tarazlaşmalı, dövlət əmlakı privatizasiya olunmalıydı. Yunanınstan struktur xarakterli islahatlar apardı, tənzimləri yüngülləşdirdi, lakin böhranı aşmaq üçün bu addımlar kifayət deyildi. Korrupsiya yenə gündəmdə qalırdı. Bununla belə, “kəmərləri sıxmaq” tələbinə cavab olaraq Yunanıstan büdcə xərclərini nəinki azaltdı, publik sektorunda işləyənlərin sayını 70 000 –lə artırdı.

“Siriza” və Sipras

Borclarla mübarizə aparan Avropa İttifaqının başqa ölkələrindən fərqli olaraq Yunanıstan böhrandan yaxa qurtara bilmədi və ona əlavə maliyyə yardımı, təxminən 80 milyar avro lazım oldu. 2015-ci ilin yanvarında status-kvo ilə narazı qalan seçici parlament seçkilərində səsi radikal solçu koalisiya “Sirizaya” verdi. Həmin koalisiya ölkədəki sosial vəziyyətin pisləşməsində Troykanın sərt tələblərini günahkar hesab edirdi və əhaliyə həmin tələbləri yerinə yetirmək öhdəliyindən qurtulmağı vəd edirdi. Yeni hökumət Troykaya borcların silinməsi və ötən illərdə başlanan islahatların bir çoxunun dayandırılması tələbi ilə müraciət etdi.

  • Drahmanın geri qayıtmasının mümkün olmasından qorxmuş yunanlar banklardan depozitlərini təcili çıxartmağa başladılar. Hökumətin qərarıyla banklar bağlandı. Kapitalın kütləvi şəkildə axınından və maliyyə sisteminin iflicə düşməsindən yayınmaq üçün bankomatlardan nağd pul çıxartmaq, habelə, beynəlxalq pul köçürmələri də məhdudlaşdırıldı. Çox qısa bir müddətdə qida və dərmanların çatışmazlığı təhlükəsi yarandı. Buna səbəb ölkəyə bu qism şeyləri gətirənlərin təklifçilərə pulun ödəyə bilməmələri idi. Yunanıstan humanitar fəlakətlə üz-üzə qalmışdı.
  • Sonunda, Afina əvvəllər müqavimət göstərdiyi Troykanın bütün bu şərtlərinə razılıq verdi. Kreditorlarla uzunmüddətli qarşıdurmalar Yunanıstan iqtisadiyyatını daha da pis hala saldı. 2014-cü ildə əldə olunan kiçik artış, 2015-ci ildəki tənəzzüllə əvəzləndi. Turizm mövsumu çökdü, lakin kapitalın dövriyyəsi üzərinə qoyulmuş məhdudiyyətlər yenə də ən çox bank sisteminə zərər verdi.

Yunanıstan Avropa İttifaqını tərk etsə nələr baş verərdi?

Müxtəlif siyasətçilərin fikrincə və iqtisadiyyatçıların proqnozlarına əsasən, Yunanıstan Avropa İttifaqını tərk eetməsi ölkənin iqtisadiyyatı və yaşayış şəraitlərinə mənfi təsir göstərəcəkdi. Məsələn:

  • Yunanıstanın sabiq Baş-naziri, Antoni Samarasın fikrincə, Avropa zonasını tərk etdiyi təqdirdə yunanların yaşayış şəraitləri bir neçə həftə ərzində 80%-lə pisləşəcəkdi.
  • Yunanıstan heç kimdən borc ala bilməyəcəkdi, beləliklə, hökumət xərcləri Troykanın tələb etdiyi vaxtdan əvvəl azaltmağa məcbur olacaqdı.
  • Drahma dünyada məhşur valyuta olab deyildi və buna görə o, 50%-lə ucuzlaşacaqdı. Bu isə inflasiyaya səbəb olacaqdı.
  • 2011 il üçün borcu ödəmək müddəti 15 ilə qədər uzadıldı, faiz kəsiri isə 3.5% kimi endirildi.
  • Böyük ehtimalla, Yunanıstanın bank sistemi çökəcəkdi. İpoteka üzrə faiz kəsiri iki qat olacaqdı, biznes və başqa növ borclar daha da bahalaşacaqdı.
  • Qida və enerjinin qiymətləri qalxacaqdı. Gündəlik istifadə əşyaların, qidanın və dərmanların çatışmazlığı baş verə bilərdi.
  • Hökumət əhalinin bankdan pul çıxarmasını dondurmağa məcbur olacaqdı. Bu cür hal hökumət avronu drahmaya konvertasiya edənə qədər bankomatların yanında növbələr yaradacaqdı.
  • Xaos və iğtişaş təhlükəsi yaranacaqdı.
ქვეყანა/ორგანიზაცია: Avropa İttifaqı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist