Mühacirlər

“Alt-info” və Breitbar Avrobarometrin tədqiqatının nəticələrini saxtalaşdırdılar

14 May, 2018

2018-ci ilin mayın 2-də ultramiliyyətçi onlayn nəşr “Alt-info” - “Sorğulara görə, Avropa İttifaqı əhalisinin əksəriyyəti mühacirlərin inteqrasiyası prosesinin uğursuz olduğu qənaətindədir” başlıqlı məlumat yaymışdır. Materiala görə, Avropa Komissiyası tərəfindən keçirilən sorğuda Avropa İttifaqı əhalisinin 55%-i ölkələrində yaşayan mühacirlərin inteqrasiya prosesini uğursuz hesab etmişdir.

Bu material ultrasağçı Breitbart portalının məqaləsinə istinad edir. Materialda mühacirlərin çox olduğu ölkələrin əhalisinin əksəriyyətinin inteqrasiya prosesinin uğursüz keçdiyi qənaətində olduğu vurğulanır. Misal kimi İsveçin (73%), Fransanın (64%) və Almaniyanın (63%) statistik verilmişləri gətirilmişdir.

"

Alt-info və Breitbart Avropa Komissiyasının dərc etdiyi tədqiqatın verilənlərini saxtalaşdırmışlar. Gerçəkdə isə, tədqiqata görə, mühacirlərin inteqrasiyası prosesini müsahiblərin 54%-i uğurlu hesab edir. Bu hal Alt-infonun materialında ümumiyyətlə yer almamışdır. Tədqiqata görə həmin prosesi uğursuz yalnız 40% hesab etmişdir. Bu isə Alt-infonun versiyasından 15% azdır. Beləliklə, Alt-infonun guya Avropa İttifaqı əhalisinin əksəriyyəti mühacirlərin inteqrasiyası prosesini uğursuz hesab edir yazması, yanlışdır.

Saxtalaşdırılmış statistika

Alt-infonun və Breitbart-ın söykəndiyi qaynaq Avropa Komissiyasının 2018-ci ilin aprelində dərc etdiyi tədqiqatdır. Bu tədqiqatı Avrobarrometr aparıb və o, “Avropa İttifaqında mühacirlərin inteqrasiyası” adlanır.

Tədqiqatın verilmişlərinə əsasən, sorğu olunmuş respodentlərin 54%-nin fikrincə ölkələrində mühacirlərin inteqrasiyası uğurludur, 40%-i isə uğurlu olmadığını düşünür. 6%-i bunun nə dərəcədə uğurlu olduğunu bilmir. “Alt-infonun” versiyasında soruşulanların 54%-inin inteqrasiya prosesini müsbət qiymətləndirmələri bilərəkdən göstərilməmiş və üstündən susmaqla keçilmişdir. Bununla yanaşı narazıların sayı 15%-lə şişirdilmişdir.

Aşağıda verilən ifoqrafika #1 – də Alt-info tərəfindən yayımlanmış verilmişlər və Avrobarrometrin araşadırmasının nəticələri arasındakı fərq göstərilmişdir.

"

Yekun veriləndən əlavə, “Alt-info” İsveçdə, Almaniyada və Fransada aparılan sorğuların nəticələrini də şişirdib. O bundan manipulyativ məqsədləri üçün istifadə edərək mühacirlərin çox olduğu ölkələrin əhalisi arasında inteqrasiyanın baş tutmadığı qənaətində olanların çoxluq təşkil etdiklərini göstərməyə çalışır.

Avropa Komissiyası tərəfindən dərc olunan tədqiqata əsasən, İsveçdə mühacirlərin inteqrasiyası prosesini 52% uğursuz hesab edir. Alt-info isə bu rəqəmin 72% olduğunu iddia edir. Analoji olaraq, Fransada təsbit olunmuş real göstərici 46%-dir, Alt-infonun versiyasında isə 64% yazılmışdır; Almaniyada respodentlərin 48%-i inteqrasiya prosesini uğursuz qiymətləndirir və bu rəqəm Alt-infonun versiyasında yazılandan 15% azdır (bax. ifoqrafika #2 )"

İnsanı çaşdıran başlıq

“Alt-infonun” materialının başlığına çıxarılmış mətn oxucunu Avropa İttifaqı əhalisinin böyük hissəsinin mühacirlərin inteqrasiya prosesini uğursuz hesab etdiyini düşünməyə vadar edir və bu doğru deyildir. Yuxarıda qeyd olunduğu kimi, sual verilən respondentlərin yarısından çoxu (54%) isə əksinə, bu prosesin uğurla sürdüyü əzmindədir. “Alt-infoya” bənzər manipulyasiya xarakterli başlıq aprelin 30-da, bu materialın ilkin qaynağı olan ultrasağçı nəşr Breitbartın dərc etdirdiyi materialda da vardı.

"

"

“Alt-info” tərəfindən mühacirlər mövzusu ilə manipulyasiya və statistik verilənləri təhrif etməsi yenilik deyildir.

Portal vaxtaşırı dezinformasiya xarakterli materiallar dərc etdirir. Həmin materiallarda o, mühacirlərin cinayətlərinə və terrorçuluqdan gələn təhlükələrə işarə etməyə çalışır. (bax. ifoqrafika #3 )

Məsələn, 2017-ci ilin fevralın 25-də həmin portal İsveç Təhlükəsizlik Xidmətinin rəhbərinin sözlərini saxtalaşdrıdı. Guya TX rəhbəri İsveçdə Cihadçı İslamçıların sayının bir neçə yüzdən minə qədər artığını demişdir.

Əslində isə qeyd olunan idarənin rəisi Anders Torenberq “Cihadçı İslamçılar” kəlməsindən istifadə etməmişdir. Ona qədər Alt-info İsveçdə zorlamaların 92% -ni mühacirlərlə əlaqələndirdi halbuki İsveç Cinayət Prevensiyası üzrə Milli Şura tərəfindən “Miflər detekroruna” verilən izahata əsasən, cinayətkarların rəsmi statistikasında mənşəcə ya doğum yerinə görə qeydlər aparılmır.

"


Hazırlayanı Lana Kapanadze
Miflər Detektoru Labosatoriyası