Müxtəlif

Avropa vaksinləri və gürcü konspirasiyası haqqında gerçək faktlar

23 May, 2018

Son illərdə gürcü onlayn məkanında vaksinasiya barədə sui-qəsd nəzəriyyələri aktiv şəkildə yayılır. Konspirasiya xarakterli qruplar  vaksinlərin adını autizmə, sonsuzluğa, uşaq ölümlərinə və digər xəstəliklərə bais olan səbəb kimi hallandırırlar. Müxtəlif onlayn-platformanın yaydığı  əsas mesaj isə guya Qərb Gürcüstana gətirdiyi vaksinlərlə Gürcüstan əhalisi üzərində təcrübələr keçirməsidir.

Gürcüstanda keçirilən peyvəndlər dünyanın əksər ölkəsində milli immunizasiya proqramının bir hissəsidir.  Vaksinlərin çoxu Gürcüstana avropa ölkələrindən gəlir və Avropa İttifaqı dövlətlərində icazəsi vardır. Beləliklə, Bu vaksinlərdən  Gürcüstanda olduğu kimi avropa ölkələrində də istifadə edirlər və bu fakt, guya Qərb Gürcüstan əhalisi üzərində eksperimentlər aparır iddiasını yalanlayır.

         1. Gürcüstanda peyvənd etdikləri vaksinlərdən istehsalçısı olan ölkələrdə də istifadə edirlər

Miflər Dedektoru Xəstəliklər üzrə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzindən Gürcüstana gətirilən vaksinlər haqqında məlumat istəmişdir. Aşağıda göstərilmiş cədvəldə 2017-ci ildə Gürcüstana gətirilmiş vaksinin istehsalçısı və həmin vaksindən istifadə edən ölkələr haqqında məlumat verilmişdir.  Gürcüstana peyvənd üçün gətirilən vaksindən istehsalçı ölkədə də istifadə edirlər. Bundan əlavə həmin vaksinlərə avropanın müxtəlif ölkələrində də icazə verilib. Gürcüstana daxil olan vaksinlər Dünya Səhiyyə Təşkilatı tərəfindən kvalifikasiya almışdır, həmçinin, avropa bazarında da Avropa Tibb Assosiasiyası tərəfindən də icazəsi vardır.
 

"

         2. Gürcüstanda keçirilən peynəvdlər  dünya ölkələrinin əksəriyyətində Milli Proqramın bir hissəsidir

Yuxarıda sadalanan infeksiya xəstəlikləri  üzrə vaksinasiya dünyanın bir çox ölkəsində Milli İmmunizasiya Proqramının hissəsidir.  Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2018-ci il vəziyyəti ilə vaksinləşmənin qlobal əhatəsinin göstəricisi 86%-dir.

  • Papiloma virusuna qarşı vaksin. Bu vaksinə qarşı gürcü təbliğatçı dəstələri sonsuzluq şayiəsini yayırlar. Vaksin dünyanın 79 ölkəsində İmmunizasiya Proqramının bir hissəsini təşkil edir.
  • Pnevmokoka qarşı vaksin 137 ölkədə İmmunizasiya Proqramının bir hissəsidir;
  • Qızılca-Məxmərək-Qulaqdibi xəstəliyinə qarşı vaksinlər daha geniş istifadə olunurlar və 160 ölkədə İmmunizasiya Proqramına daxildirlər.

Qızılcaya qarşı vaksinlərin İmmunizasiya Proqramının hissəsi olan ölkələr

"

Mənbə: WHO (2018)

Papilomaya qarşı vaksinlərin İmmunizasiya Proqramının hissəsi olan ölkələ

"

Mənbə: WHO (2018)

          3. İmmunizasiya  hər il  2-3 milyon insanı ölümdən xilas edir

Vaksinasiya infeksiya xəstəliklərinə qarşı immunitetin möhkəmlənməsi üçün ən əla mexanizmdir. Dünya Səhiyyə Təşkilatına əsasən, bu gün 26 infeksiyaya qarşı lisenziyalı vaksin mövcuddur.  Vaksinasiya prevensiya xarakterli tədbirdir. O, infeksiya xəstəliklərinə qarşı immuniteti gücləndirir və ölüm risklərini azaldır. Dünya Səhiyyə Təşkilatının verilmişlərinə görə, immunizasiya hər il 2-3 milyon insanı ölümdən xilas edir.

  • 2016-cı ilin verilənlərinə görə, 2010-cu ilə nisbətən qızılcanın səbəb olduğu ölümlərin göstəricisi 84% azaldı.
  • 2016-cı ildə Şimali və Cənubi Amerika qızılcanı tam aradan qaldırmağa nail oldu və bu 22 illik kütləvi vaksinasiyanın nəticəsidir.
  • 2016-cı ilin vəziyyəti ilə poliomiyelit halları hiss ediləcək dərəcədə azaldı. Dünya Səhiyyə Təşkilatı Cənub-Şərq Asiya regionunu  poliomyelitdən azad bölgə elan etdi.
  • 2016-cı ildə Cənub-Şərqi Asiyada anadan gələn və neonatal tetanus aradan qaldırıldı, 2017-ci ildə isə Şimali və Cənubi Amerikada.

Müəyyən infeksiya xəstəliklərinin azalmasına baxmayaraq, immunizasiya proqramının dayandırılması onların yenidən canlanmasına bais ola bilər.

Konspirasiya xarakterli mesajlar və qaynaqlar

Mesaj Qaynaq

Vaksinlərlə Gürcüstan əhalisi üzərində eksperiment aparırlar

Tbilisi 24
23.10.2017

Vaksin autizmə səbəb olur

Mkurnali.ge
05.01.2016

Mshoblebi.ge
05.01.2016

Geodigest.ge
13.11.2017

Droni.ge
23.04.2014

Tbilisi 24
23.10.2017

Papiloma virusuna qarşı peyvənd sonsuzluğa səbəb olur

Versia.ge

Intermedia.ge
09.03.2015

Peyvəndlər uşaqların ölümünə səbəb olurlar

Tbilisi 24
23.10.2017

Droni.ge
23.04.2014

Vaksinlər zəhərləyici maddələrdən hazırlanır

Intermedia.ge
09.03.2015

Vətəndaşlar vaksinasiya barədə nə düşünürlər


Hazırlayanları Sopo Qelava və Knarik Kulicanyan
Miflər Dedektoru Laboratoriyas