Facebookun guya səbəbsiz yerə sağçı radikal quruplaşma olan Generation Identity-ni əngəlləməsi haqqında Alt-infonun manipulasiyası

სჰარე
54
VIEWS

İyunun 30-da ultra-sağçı “Alt-info” portalı “Facebook Anti-immiqrasiya Avropa Hərəkatı Generation Identity-nin bütün bölmələrinin səhifələrini əngəllədi” başlıqlı məlumat yayımladı. Materiyalda Facebook administrasiyasının Britaniyada, Avstryada, İtalyada, Almaniyada, Danimarkada, Macarıstanda və Fransada Anti-immiqrasiya Avropa Hərəkatı Generation Identity-nin səhifələrini əngəllədiyi bildirilir, lakin səbəblər izah olunmur.

"

„Alt-info“ oxucunu çaşdırır. Facebook administrasiyasının izahatına görə, Generation Identity-nin səhifələrinin əngəllənməsinə səbəb sosial şəbəkədə ekstrimist və nifrət dilini daşıyan məzmunun məhdudlaşdırılması ilə bağlı  Facebookun rəsmi siyasətidir. Generation Identity 17 üzvü avstriya polisi tərəfindən zorakılıq, nifrətin oyandırılması və başqasının əmlakına zərər yetirilməsi ilə bağlı təqsirli bilinən radikal ultra-sağçı quruplaşmadır

“Alt-info”-nun materiyalının ilkin mənbəyi ultra-sağçı informasiya portalı Breitbart.com tərəfindən iyunun 24-də yayımlanan məqalədir. Həmin məqalədə də həmçinin qeyd olunub ki,  ötən bir neçə həftə ərzində Facebook sosial şəbəkəsinin administrasiyası səbəbini qismən izah edərək və ya heç izah etmədən Generation Identity hərəkatının səhifələrini əbədiyyən bağlayıb. Məqalədə Generation Identity-nin Fransız və İnglis filyalları tərəfindən söylənən tənqidlər qeyd olunub, Facebook isə senzurada təqsirləndirilib.

Britaniya portalı inews.com-un  məlumatına əsasən, Facebook administrasiyası hərəkata aid səhifələri Facebookun siyasətinə əsaslanaraq silib. Facebookun siyasəti sosial şəbəkədə aşağıdakı növ fəaliyyətlərdə iştirak edən fərd və təşkilatlara qarşı çıxır:

  • Terror fəaliyyəti;
  • Mütəşəkkil nifrət;
  • Kütləvi və ya seriyal qətl;
  • İnsan alveri;
  • Mütəşəkkil zorakılıq və cinayət tərkibli fəaliyyət.

Facebook özündə bu cür fəaliyyətdə iştirak edən qurupları, liderləri və şəxsləri dəstəkləyən məzmun daşıyan materiyalları silir.

"

Generation Identity-nin fəaliyyəti nədən ibarətdir?

Avropalı kimliyi  Generation Identity –Fransada təsis olundu, daha sonra isə Avropa və Şimali-Ameikada yayıldı.

(bax. Storymap)

Hərəkat xarici miqrantlar və qaçqınlara qarşı fəaliyyət göstərir, müsəlmanlara qarşı hisslər oyandırır və müxtəlif ölklərdə provokatif fəaliyyətlərin təşkili ilə tanınır. Onun Avstriya filyalı ən çoxsaylı quruplaşmadır və 17 üzvünü 2017-ci ilin may ayında Avstriya polisi  həbs etdi. Həbs olunanlara qarşı irəli sürülən ittihamlar nifrət dili, cinayətkar quruplaşmanın təşkil olunması, zorakılıq və başqasının mülkünə zərər vurmanı əhatə edirdi.

2017-ci ildə təşkilatın liderləri “Avropanı qoru”(Defend Europe) kampaniyası başlatdılar. Kampaniyanın məqsədi Aralıq dənizini keçərkən qaçqınların xilas olunmasında iştirak edən QHT-lərə maneəçilik törətmək idi. Qurupun üzvləri QHT-lərin gəmilərini əngəlləmək üçün öz gəmilərini kiraladılar. Yekun olaraq gəmi öz missiyasını yerinə yetirə bilmədi, çünki onu Şimalı Kiprdə hüquq mühafizə işçiləri soyğunçuluq ittihamı ilə saxladılar.


Miflər detektoru laboratoriyası

თემატიკა: Media
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist