Geworld-ün guya Hollandiyada homofob valideyinlərin əlindən uşaqlarının alınması ilə bağlı dezinformasiyası

სჰ
88
VIEWS

Noyabrın 21-də “Gürcüstan və Dünya” (Geworld) veb-səhifəsi “Avropa dəhşəti: uşaqları valideyinlərindən alırlar və böyüdülməsi üçün fövqəladə düşərgəyə göndərirlər”. Məqalə iddia edir ki, Hollandiyada qanun qəbul olunub və qanuna əsasən LGBT icmasına qarşı qeyri tolerant münasibətə görə, insanları cərimələyirlər və valideyin hüququndan məhrum edirlər. Məqaləyə Hollandiyada uşaq hüquqlarının müdafiəçisi Aster-Maria İakobsin bəyanatı və fotosu əlavə olunub, buradagörünür ki, polis əməkdaşı uaqları polis maşınına salır. Geworld-ün məqaləsində ilkin mənbə göstərilməyib.

Geworld.ge tərəfindən yayımlanan məlumat həqiqətə uyğun deyil, çünki o satirik online buraxılış tərəfindən uydurulmuş hekayədir və sadəcə rus mənbələrində rast gəlinir. Bundan əlavə, təqdim olunan foto real olaraq Hollandiyanın əvəzinə Polşada çəkilib.

Hollandiyada LGBT icmasına qarşı tolerant olmayanların valideyinlik hüquqlarının ləğv olunması haqqında məlumat ilk dəfə oktyabr ayının 19-da panorama.pub saytında yayıldı. Saytın izahat yerində qeyd olunub ki, o uydurulmuş və satirik məlumatlar yayır. Həmçinin Hollandiya uşaq hüquqlarının müdafiəçisinin adı da uydurulub. Həqiqətdə bu vəzifəni Marqaret Kalverboyev tutur.

"

nəşr panorama.pub-ın və daha sonra “Gürcüstan və dünya”nın ilustrasiya üçün istifadə etdiyi foto real olaraq Hollandiyada yox, Polşada çəkilib. Bunu polis əməkdaşının formasındakı yazı da təsdiq edir.

"

Bənzər məlumata eyni zamanda rus dilli xəbərlər portallarında da rast gəlinir: nk.org.ua, conf.7ya.ru, 123ru.net, vesti.bb.lv.

Satirik-yumorik buraxılışların real informasiya olaraq göstərilməsi Qərb əleyhinə fəaliyyət göstərən mətbuatların metodlarından biridir. Bu yolla propaqandist buraxılışlar istəyirlər göstərsinlər ki, guya Avropada LGBT icmasına qarşı tolerant olmayan münasibət bəslədiklərinə görə, radikal ölçülər qəbul edirlər və ailələrdən övladlarını alırlar.

თემატიკა: Kimlik
დარღვევის ტიპი: Satira, Yanıldıcı
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist