Geworld.ge –nin yalanı. Guya YUNESKONUN seksual təhsil haqqındakı vəsaiti valideynlərin hüquqlarını ləğv edir

cyk
605
VIEWS

2018-ci ilin aprelin 17-də “Gürcüstan və dünya” veb-portalı “BMT beş yaşlı uşaqların seksualizasiyası “əmrini” verdi” balşıqlı material dərc etdi. Həmin materialda söhbət seksual təhsil haqqında YUNESKO tərəfindən yenilənmiş beynəlxalq texniki vəsaitlərindən gedir. Materiala görə, vəsait valideynlərin hüquqlarını ləğv edir, uşaqları demoralizə edir və onlara “homoseksuallıq kimi pozğunluq ideologiyalar aşılayır”.   
"
“Gürcüstan və dünya” tərəfindən yayılmış material dezinformasiyadır. YUNESKO tərəfindən yenilənmiş “Seksual təhsil haqqında beynəlxalq təxniki vəsait” qeyri-icbari məsləhətlər toplusudur. Həmin toplu ölkələrə keyfiyyətli seksual təhsil proqramlarını hazırlamağı və tətbiqi üçün ən yeni araşadırmalara əsaslanmış yanaşmaları təklif edir. Vəsait valideynlərin hüquqlarını ləğv etmir, əksinə, o valideynlər tərəfindən daha çox iştiraka ehtiyac olduğunu vurğulayır və Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqlarının Ümumi Bəyannaməsi ilə tam uyğunluq təşkil edir.

Fakt #1. YUNESKO tərəfindən hazırlanmış vəsait valideynlərin hüquqlarını ləğv etmir, ondan istifadə etmək və verdiyi məsləhətləri həyata keçirmək könüllüdür, icbari deyildir.

Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) 2018-ci ilin yanvarın 10-da yenilənmiş „Seksuallıq haqqında beynəlxalq texniki vəsait“-ini hazırlamışdır. Vəsait gənclərin ən əla maraqlarına yönəlmişdir və məqsədi ölkələrin təhsil və səhiyyə sektoruna elə bir kurrikulum yaratmaqda yardım etməkdir hansı ki, gənclərin sağlamlıqlarına və rifahına dəstək verir. “Gürcüstan və dünya”-nın guya vəsait valideynərin hüquqlarını ləğv edir yazması – yalandır, çünki sənəddə tədris planını hazırlamaqda və onun tətbiqində valideynlərin iştirakının əhəmiyyəti haqqında dəfələrlə vurğulanmışdır. Bununla belə, vəsait icbari deyildir. O tamamilə könüllüdür və detallı şəkildə yazılmış məsləhətlər paketi deyil, ən əla praktikaya söykənmiş bir çərçivədir. Həmin çərçivə qərar verən şəxslərə keyfiyyətli seksual təhsili proqramları hazırlamaqda və tətbiqində kömək edəcəkdir.

"

Fakt #2. Vəsait uşaqları “demoralizə” etmironlara “pozğun homoseksuallıq ideologiyasını” aşılamır.

“Gürcüstan və dünya” tərəfindən YUNESKO-nun hazırladığı vəsaitin uşaqlara “pozğun homoseksuallıq ideyologiyasını” aşılaması iddiası manipuliasiya xarakterlidir. Əhatəli seksual təhsilinin məqsədi “uşaqları demoralizə” etmək deyildir. Onun hədəfi “uşaqlara və gənclərə öz sağlamlıqlarını və rifahlarını təhlil etmək, sosial və seksual növlü münasibətləri inkişaf etdirmək, qərarlarının həm özlərinin, eləcə də başqalarının həyatına nə kimi təsir göstərə biləcəyini göstərmək üçün lazımlı bilikləri, qabiliyyətləri və dəyərləri ötürmək” -dən ibarətdir.

”Gürcüstan və dünya” materiallarının rusdilli ilkin qaynaqları

Geworld.Ge tərəfindən apreli 17-də dərc olunmuş məqalənin eynisi olan material aprelin 10-da rusdilli portal e-news.su –da yayımlandı.  e-news.su-nun loqosuna heşteq “Donbaslı xalqı Kiyevin Nasist qoşunundan xilas et”  əlavə olunmuşdur.  Öz növbəsində e-news.su-nun ilkin qaynağı da Yandeksin platformu Zen. Yandex.Ru-da iqtisadiyyatçı Evgeniy Satanovski tərəfindən aprelin 9-da yayımlandığı məqalədir.  Ona qədərç martın 23-də analoji materialı bu veb-səhifələr kramola.info və russianmothers.ru

"


Hazırlayanı Quram Mamporia
Miflər Dedektoru Laboratoriyası

თემატიკა: Kimlik, Təhsil
დარღვევის ტიპი: Dezinformasiya
ქვეყანა/ორგანიზაცია: UNESCO
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist