Nino Burcanadze Britaniya kəşfiyyatının sabiq sədrinin müsahibəsini saxtalaşdırır

thser
45
VIEWS

Aprelin 23-də Telekanal “İberiyanın” efirində danışarkən “Birləşmiş Demokratlar Hərəkatının” lideri Nino Burcanadze dedi ki, guya Britaniyanın Xarici Kəşfiyyatının sabiq sədri BBC-nin birbaşa efirində danışarkən Bəşər əl Əsəd tərəfindən Suriyada kimyəvi silahın istifadəsi ilə bağlı şübhələrinin olduğunu deyib və BBC jurnalisti isə respondentin mövqeyini Rusiyayla təbliğat xarakterli müharibəyə və dövlətin ziddinə olan mövqeyi ilə əlaqələndirib.

Nino Burcanadze, Birləşmiş Demokratik Hərəkatı: “Bir neçə gün bundan əvvəl BBC-nin canlı yayımında Böyük Britaniyanın Xarici Kəşfiyyatının sabiq sədri çıxış edirdi. Həmin adam Suriyada baş vermiş sözdə kimyəvi hücumla bağlı suallar səsləndirərək öz mövqesini sərgilədi və sual işarələri qoydu, ki böyük ehtimalla belə bir şey Əsəd üçün əlverişli deyildi və sizin indicə dediyiniz kimi, Britaniyalı jurnalist də soruşdu ki, hazırda qərb piyar və belə deyək, müharibə aparır, Rusiya ilə təbliğat xarakterli savaşdadır və sizin mövqeyiniz dövlətə zidd deyil ki və Rusiyanın quyusuna su tökmür ki? Həqiqət necə dövlətə zidd ola bilər, axı?

TV İberiya, Azad məkan, 23 aprel, 2018-ci il

Nino Burcanadzenin dediyi sözlər dezinformasiyadır, çünki Suriyada kimyəvi həmlə ilə bağlı Britaniyanın Xarici Kəşfiyyatının sabiq sədri, Con Savers şübhələndiyini deməyib. Con Savers BBC-nin radio 4 proqramında aprelin 12-də çıxış etmişdir. BBC-nin jurnalisti Con Hamfri isə “Qərb tərəfindən Rusiyaya qarşı yürüdülən təbliğat xarakterli savaşı çərçivəsində” Saversin ifadə etdiyi “dövlətə zidd” mövqeyindən ümumiyyətlə söz açmayıb.

Gerçək faktlar

Britaniyanın Xarici Kəşfiyyatının sədri 2014-cü ildən etibarən Aleks Yangerdir. Onun sələfi Con Savers Britaniya Xarici Kəşfiyyatını 2009-2014-cü illərdə idarə edirdi. Aprelin 12-də Con Savers BBC-nin radio 4-ün Today proqramında Suriya müharibəsi və Rusiya barədə danışdı, lakin respondent və jurnalist “qərb tərəfindən aparılan təbliğat xarakterli müharibə” və “guya kimyəvi həmlə” ilə bağlı heç nə deməyiblər. BBC jurnalisti Con Hamfrinin Xarici Kəşfiyyatını sabiq sədrinə onun mövqeyinin dövlətə zidd olaub-olmaması barədə sualı ümumiyyətlə olmayıb. Söhbət qərbin qarşında dayanan problemlərdən, Suriyada kimyəvi silahdan istifadə olunmaqdan və Rusiya-Amerika arasındakı yeni strateji münasibətlərin lüzumluluğundan gedirdi. Savers diqqəti Suriya müharibəsində Rusiyanın təsirinə yönəltdi.

"

Saversin müsahibəsini tam versiyada bu linkdə dinləyə bilərsiniz (2:11:00 dəqiqədən)
Suriyada baş verən hadisələr barədə, televiziya müsahibəsində Britaniyanın Xarici Kəşfiyyatının daha bir sədri Con Skarlet də danışmışdır. O Həmin təşkilata Con Saversə qədər 2004-2009-cu illərdə rəhbərlik edirdi.

2018-ci ilin aprelin 27-də, CNN Money Switzerland-la müsahibəsində Skarlet Suriya münaqişəsi və orda beynəlmiləl qüvvələrin, o cümlədən Rusiyanın iştirakından bəhs etdi. Az qalsın 25 dəqiqəlik televiziya müsahibəsində Con Skarlet Suriyada həyata keçirilən “guya kimyəvi həmlə” barədə “mövqe sərgiləməmişdir”, öz növbəsində CNN jurnalisti Hanna Vays da “qərb tərəfindən Rusiyaya qarşı təbliğat xarakterli müharibə” barədə heç nə yad etməmiş və nədə ki respondentinə onun “dövlətə zidd mövqeyi haqqında” heç nə soruşmayıb.
"

Rusiya Mediası: Russia Today

Britaniya Xarici Kəşfiyyatının sabiq sədrinin müsahibəsi haqqında rus mediasında demək olar ki heç nə yoxdur, bir tək Russia Today-in 12 aprel materialından savayı. Həmin material BBC ilə Con Saversin müsahibəsini müzakirə edir. Saymon Raytın müəllifliyi ilə dərc olunmuş “Britaniya Xarici Kəşfiyyatının sabiq sədrinin fikrincə, qərbin intervensiyası həyatı qoruyur, Suriyanın bormbalanmasını həqiqətən istəyir” başlıqlı məqalədə qərb əleyhinə yanaşmalar hiss olunur. Jurnalist aksenti qərb tərəfindən “Humanitar bombalardan” istifadə edilməyə və “ehtimali kimyəvi həmləyə” verir. Bununla O, kəşfiyyatın sabiq sədrini hadisələrin interpretasiyasında günahlandırır və tarix dərsini öyrənməyi məsləhət görür.

"

Rus təbliğat xarakterli veb-səhifələr Con Skarletin 2016-cı ildəki “Müsahibəsini” necə saxtalaşdırdılar

Britaniya Xarici Kəşfiyyatının sabiq rəhbərinin müsahibəsini 2017-ci ilin avqustunda rus təbliğat xarakterli platformaları saxtalaşdırmışdırlar. Onlar məlumat yaydılar ki, guya Con Skarlet Britaniya nəşri olan The Guardian-a verdiyi müsahibədə ABŞ və Böyük Britaniyanın üçmərhələli strateji planını açıb söylədi və bu plan Rusiyanı dağıtmağı nəzərdə tuturdu. Rusdilli BBC tərəfindən məlumat yoxlandıqda bəlli oldu ki, materialı saxta veb-səhifə yayıbmış. Həmin səhifə Britaniya Guardianı-nın imitasiyasıymış, Con Skarletin “Müsahibəsi” isə başdan-ayağa uydurmaymış. Xüsusi şəkildə yaradılmış veb-səhifə Britaniya The Guardianı-nın xarici görünüşünün tam eynisi idi və url linki isə gerçək Guardiandan yanlız bircə latın hərfi “İ”-lə fərqlənirdi.

"

"

Bu mövcud olmayan müsahibəni gürcü mediasında Kremlyönümlü nəşrlər SakinformGeworld.ge yaydılar


Miflər Dedektoru Laboratoriyası

თემატიკა: Müfafiə/Təhlükəsizlik
დარღვევის ტიპი: Dezinformasiya
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist