“Obyektiv” Russia Today-in Amerikanın təsiri ilə Əfqanıstanda narkotiklərin istehsalının artması haqqında yaydığı 5 il bundan əvvəlki mifi “canlandırıb”

გგგგგგგ
178
VIEWS

2018 -ci il may ayının 26-da “Obyektiv” televiziyasının aparıcısı və “Neytral/Sosialist Gürcüstan” Partiyasının lideri Valeri Kvarçxelia “Qızıl qovşaq” proqramında bildirib ki, ABŞ əsgərləri Əfqanıstana daxil olduqdan sonra orada narkotik vasitələrin istehsalı 40 dəfə artıb. Onun sözlərinə görə, Amerika Əfqanıstanı heroin fabrikasına, narkotiki isə geosiyasətin güclü alətinə çevirdi.

Valeri Kvarçxelianın bəyanatı yanlışdır və onun söylədiyi məlumatlar xaşxaşın (tiryək/opium) yetişdirilməsi və istehsalı ilə bağlı statistikaya uyğun gəlmir. ABŞ əsgərləri Əfqanıstana daxil olduqdan sonra orada opiumun istehsalının 40 dəfə artması ilə bağlı mif 5 il bundan əvvəl yaranıb, onun ilkin mənbəyi isə Rusiya hökumətinin propaqandist mediyası olan Russia Today-dir.

Əfqanıstanda xaşxaşın, yəni tiryəyin yetişdirilməsi və istehsalı haqqında statistikasını BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) aparır. 2015-ci ilin məlumatlarına əsasən, ötən illə müqaisədə xaşxaş əkinçiliyinin bütün sahəsi ölkə miqyasında19% azalıb, bunun nəticəsində xaşxaşın eradikasiyasında (məhv olunması) 40 faiz artım ortaya çıxıb.

Opiumun istehsalına gəldikdə isə, 2014-cü illə müqaisədə istehsal 48 % azalıb – əgər 2014-cü ildə potensial istehsal 6,400 ton idisə, 2015 –ci ildə bu rəqəm 3,330 tona düşdü. UNODC-un statistikasına əsasən, 2001-ci illə müqaisədə 2012-ci ildə istehsal həqiqətən də hiss olunacaq dərəcədə artıb – 2001-də sadəcə 185 ton opium istehsal edilib, 2002-ci ildə isə 3,400 ton. Lakin qeyd etmək lazımdır ki, öncəki illərlə müqaisədə məhz 2001-ci ildə istehsalda kəskin eniş olub, 2002-ci ildə isə istehsalın miqdarı yenə də 1994-2000 –ci illərin orta miqdarına qayıtdı. 1994-2002-ci illərdə istehsalın miqdarı (tonla)

1994 1995 1996 1997 1998 1999 2000 2001 2002
3 400 2 300 2 200 2 800 4 700 4 600 3 300 185 3 400

Mifin ilkin mənbəyi Rusiyanın Narkotiklərlə Mübarizə Xidməti və RT-dir

Əfqanıstana ABŞ əsgərləri daxil olduqdan sonra narkotiklərin istehsalının 40 dəfə artmas haqqında məlumatı Rusiya hakimiyyətinin informasiya agentliyi RT (Russia Today) 2013-cü ilin aprel ayında yayırdı. RT öz növbəsində “Rusiya Narkotiklərlə Mübarizə üzrə Federal Xidmət”in rəhbəri Viktor İvanovun bəyanatına əsaslanırdı.

Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist