“Obyektiv”in aparıcısının iddiasına əsasən neo-faşistləri Rusiya yox ABŞ maliyyələşdirir

somc
460
VIEWS

“Asaval-dasaval” qəzetinin 2018-ci ilin 14-20 may nömrəsində “Obyektiv” televiziyasının aparıcısının və “Neytral/Sosialist Gürcüstan” partiyasının lideri Valeri Kvartsxelianın müsahibəsi yayımlandı. Müsahibədə o Amerika Birləşmiş Ştatlarını faşizmi təşviq etməkdə günahlandırır.

Valeri Kvaratsxelianın iddiası absurddur, çünki Avropadakı ultra-milliyyətçi, neo-faşist siyasi partiyaların və qrupların məhz Rusiya ilə birbaşa əlaqələri var. Onların gündəmi anti-İslam, ksenofobik və bəzi hallarda antisemitizm ifadələri ilə seçilir. Onlar diskriminasiya və avtoritarizmin təbliğini dəstəkləyirlər, ksenofobiyanı və şovnizmi təbliğ edirlər və tarixi zədələri təkrar-təkrar xatırladırlar.

       1. Rusiya ilə əlaqələr

“Yobik”in üzvü və Avropa Parlamentarisi Bela Kovaç Rusiya lehinə cəsusluqda günahlandırılır. İttihamlara Avropa Parlamenti İnstitutlarına maddi ziyan gətirən maliyyə fırıldaqçılığı və sənədlərin saxtalaşdırılması da daxildir.

2014-cü ildə Milli Cəbhə və Marine Le-Pen Rusiyadan 11 milyon avro kredit aldı. Buradan 9 milyon avronun transferi Kremillə əlqəliolan kiçik bank “İlk Çex-Rus Bankı” vasitəsi ilə həyata keçirildi.

Golden Dawn-un (Qızıl Şəfəq) Rusiyanın neo-faşist quruplarından olan “Русский Образ”la sıx əlaqələri var ki, onun da öz-özlüyündə Rusiyanın Məxfi Xidmətləri ilə və Putinin “Vahid Rusiya” siyasi Partiyası ilə gizli əlaqələri var. Rusiyanın baş ideoloqu Aleksandr Dukin “Qızıl Şəfəq”i açıq şəkildə dəstəkləyirdi.

2016-cı il aprelin 19-da Avstriya Azadlıq Partiyası Rusiyanın hakim partiyası (“Vahid Rusiya”) ilə beş illik əməkdaşlıq müqaviləsi bağlayıb. Razılaşma Vyana ilə Moskva arasında siyasi və iqtisadi əlaqələrin, dostluq və gənc nəslin təhsilinin gücləndirilməsini hədəfləyir. Partiyanın Avropada ekstremist şəbəkələr tərəfindən maliyyələşdirilən pravoslav oligarx Konstantin Malofeevlə birbaşa əlaqəsi var.

2017-ci ilin mart ayında İtalyanın Şimali Liqa Partiyası Rusiya Dumasının o zamankı spikeri Rusiya hakim partiyasını təmsil edən Sergey Jeleznik ilə “əməkdaşlıq müqaviləsi” imzaladı.

“Zimayna” nın lideri Mateus Piskorski Rusiya tərəfdarı separatçıların dəstəkçisi idi və Krımda və Şərqi Ukraynada qanunsuz seçkilərdə müşahidəçi missiyası ilə iştirak edirdi, 2012-2014-cü illərdə onu Kreml maliyyələşdirirdi. Piskorski hal-hazırda Rusiyaya cəsusluqla bağlı cəza ödəyir.

"

      2. რუსეთის პოლიტიკის ლეგიტიმაცია

  • 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı Macarıstan, Slovakiya və Bolqarıstandakı Neo-Faşist partiyaları Rusiyanın Gürcüstana işğalını dəstəklədi.
  • 2014-cü ildə Krımda müstəqillik ilə bağlı keçirilən referendumda ultra-milliyyətçi partiyalar müşahidəçi olaraq iştirak edirdilər.
  • 2014-cü ilin may ayında Aleksandr Dukin Avropanın ultra millətçi və neo-faşist siyasi partiyaları ilə gizli görüş keçirdi. Görüşdə həmçinin Fransanın sol partiyası Siriza da iştirak edib. Görüşü Qərb sanksiyalarının qara siyahısına daxil olmuş və Putinlə yaxın olan iş adamı Konstantin Malofeyev maliyyələşdirib, o eyni zamanda Şərqi Ukraynada rusiya tərəfdarı olan separatçıları maliyyələşdirir.
  • Eyni partiyalar 2014-cü ildə Krımın aneksiyasına görə Rusiyaya qarşı yönləndirilən sanksiyalara etiraz edirdilər;
  • Çexiyanın ultra millətçi partiyası “Azadlıq və birbaşa demokratiya”nın millət vəkilləri müxtəlif üsullarla Rusiya siyasətini legitimləşdirirlər: Rusiyanın təcavüzkar olmaması ilə bağlı gündəm formalaşdırırlar, Rusiya vasitəsilə işğal olunmuş Krıma səyahət edirlər, dövrü olaraq rusiya leyhinə konfranslar keçirirlər.
თემატიკა: Siyasət
დარღვევის ტიპი: Yanıldıcı
ქვეყანა/ორგანიზაცია: ABŞ
Mənbə

Son Xəbərlər

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist